İslandiya millisinin baş məşqçisi: "Yaxşı nəticə əldə etməliyik"

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 12-11-2025, 17:36

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Bakıda İslandiyanı qonaq edəcək.

Sport1.az xəbər verir ki, rəqib yığmanın baş məşqçisi Arnar Qunnlauqsson qarşılaşmadan əvvəl mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:

"Azərbaycan millisi ilə görüş bizim üçün çox vacib oyundur. Pley-off şanslarımızı saxlamaq üçün yaxşı nəticə əldə etməliyik. İnanırıq ki, hər şey bizim üçün yaxşı olacaq".

Qeyd edək ki, Azərbaycan - İslandiya görüşü noyabrın 13-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR