
Keçdiyimiz günlərdə baş məşqçisini istefaya göndərən "Ayaks" sabiq baş məşqçisi Erik Ten Haqı posta gətirmək istəyirdi.
Sport1.az xəbər verir ki, niderlandlı mütəxəssis bu təklifi geri çevirib.
O, Niderlanddakı məcərasının birdəfəlik sona çatdığını düşünür.
Xatırladaq ki, Ten Haq mövsümün əvvəli "Bayer"ə təyin olunsa da, cəmi 3 oyundan sonra istefaya göndərildi.
Qeyd edək ki, "Ayaks" "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibidir.