
"Borussiya" "Feyenoord"un yarımmüdafiəçisi Kuinten Timberlə maraqlanır.
Sport1.az xəbər verir ki, "Arsenal"da çıxış edən Jürrien Timberin qardaşı olan 24 yaşlı oyunçunun Niderland klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.
Bundesliqa təmsilçisi onu azad agent kimi heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Timber bu mövsüm komandası ilə 14 matçda forma geyinib, 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.