
“İnter Mayami” və Argentina millisinin hücumçusu Lionel Messi MLS-dəki həyatından danışıb.
Sport1.az xəbər verir ki, 2023-cü ildən Florida təmsilçisinin formasını geyinən ulduz futbolçu “Sport.es” nəşrinə müsahibəsində ABŞ-də daha rahat və balanslı həyat sürdüyünü deyib:
“Biz ailəmlə burada hər günün dadını çıxarırıq. Həyat fərqli olub — daha sakit, daha az təzyiqli. Hər zaman istəmişdim ki, qalib gəlim, məqsədlərimizə çataq, amma indi bu istəklə yanaşı, təzyiqin azalması həyatımı daha rahat edib. Uşaqlarla, ailəmlə daha çox vaxt keçirirəm, məşqlərə və oyunlara gedib-gəlmək daha asanlaşıb. Evə qayıdanda artıq fikirlərim yalnız futbolla bağlı olmur. Əvvəllər nəticələr və gündəlik gərginlik məni çox yorurdu, bəzən pis əhvalda evə gəlirdim. İndi isə hər şey fərqlidir. Biz burada xoşbəxtik”.