
“Liverpul” PSJ-nin üzvünü Vitinyanı transfer hədəfinə alıb.
Sport1.az xəbər verir ki, “Caught Offside” nəşrinin məlumatına görə, Mersisayd klubunun skautları 25 yaşlı futbolçunu Avropanın ən texnikalı yarımmüdafiəçilərindən biri hesab edirlər.
PSJ Vitinyanın transferinə yalnız 130 milyon avro civarında təklif gəldiyi halda razılıq verəcək. “Liverpul”dan başqa, portuqaliyalı futbolçu ilə “Yuventus” və “Arsenal” da maraqlanır.
Cari mövsümdə Vitinya bütün turnirlərdə 16 oyuna çıxıb, 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Paris klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalına görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur