
"Tottenhem" "Real Madrid"in hücumçusu Rodriqonu heyətinə qatmaq istəyir.
Sport1.az xəbər verir ki, "kral klubu"nun vingeri bu mövsüm Xabi Alonsonun rəhbərliyi ilə forma şansı tapa bilmədiyindən komandadan ayrılmaq istəyir.
"Spurs" braziliyalı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Rodriqo cari mövsüm "Real Madrid" forması ilə cəmi 3 matçda start heyətdə başlayıb.