son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Azərbaycan medal sayına görə üçüncü oldu ● "Onun 2-ci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi" ● "Sumqayıt" ilk qələbəsini qazandı ● Zirədə qollu bərabərlik ● "Bizə vaxt lazımdır" ● MPL: Zirədə qalib müəyyənləşmədi, "Sumqayıt" "Qəbələ"ni məğlub etdi ● "Şükür, bu gün meydanda vuruşaraq xalımızı qazandıq" ● "Çox yaxşı futbolçudur, istədiyimiz oyunçulardandır" ● Rəhim Həsənovun cəsarətsiz və ya yarınmağa çalışan hakimləri ● "Sumqayıt" - "Qəbələ": ● I Liqa: "Baku Sportinq" Yevlaxda "Gəncəbasar"a uduzub ● "Meydanda qat-qat yaxşı oynayan komanda biz idik" ● "Zirə" - "Şamaxı": ● Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq ● Dünya Çempionatı: İki cüdoçumuz 1/4 finala, biri yarımfinala yüksəlib ● "Məncə, 0:0 oyunun gedişatına uyğun və tam normal nəticədir" ● DÇ: İki cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Madina Kaisinova mundialla vidalaşıb ● "Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan" ● Azərbaycanın 5 boksçusu Avropa Çempionatının finalına yüksəlib ● Camal Qamzatxanovdan uğurlu start ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 idmançımız mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ●

Voleybol hakimliyinə yeni cəlb olunan şəxslər üçün seminar keçirilib

Bölmə adı Voleybol
Yayımlandı 10-11-2025, 19:50

Azərbaycan Voleybol Federasiyasının (AVF) Hakimlər Komissiyası Yüksək Liqa və Azərbaycan birinciliyi yarışlarında iştirak edən komanda sayının artımını nəzərə alaraq, hakim heyətinin genişləndirilməsi məqsədilə üç mərhələdən ibarət seminar təşkil edib.
Seminarın ilk mərhələsi “Murov Az Terminal” voleybol klubunun idman bazasında keçirilib. Tədbiri AVF Hakimlər Komissiyasının sədri, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və sədr müavini, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev açaraq iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıblar.
Üç mərhələdən ibarət proqramın birinci hissəsində iştirakçılara nəzəri və praktiki dərslər keçirilib, daha sonra onlar test imtahanı veriblər.
 Təlim zamanı voleybol qaydalarına edilən yeniliklər haqqında ətraflı məlumat verilib və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyası hər il yeni hakimlərin hazırlanması və mövcud kadrların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə bu cür təlimlər təşkil edir. Növbəti mərhələlərdə iştirakçılar əldə etdikləri nəticələrə əsasən hakimlik dərəcəsi alaraq yarışlara təyin olunacaqlar.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR