son dəqiqə SON DƏQİQƏ
"Sumqayıt" - "Qəbələ": ● "Zirə" hesabı bərabərləşdirdi, "Sumqayıt" "Qəbələ" ilə üz-üzə ● I Liqa: "Baku Sportinq" Yevlaxda "Gəncəbasar"a uduzub ● "Meydanda qat-qat yaxşı oynayan komanda biz idik" ● "Zirə" - "Şamaxı": ● Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq ● Dünya Çempionatı: İki cüdoçumuz 1/4 finala, biri yarımfinala yüksəlib ● "Məncə, 0:0 oyunun gedişatına uyğun və tam normal nəticədir" ● DÇ: İki cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Madina Kaisinova mundialla vidalaşıb ● "Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan" ● Azərbaycanın 5 boksçusu Avropa Çempionatının finalına yüksəlib ● Camal Qamzatxanovdan uğurlu start ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 idmançımız mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ● "Araz-Naxçıvan" "Kəpəz"ə uduzub, "Sabah" - "Neftçi" oyununda "sülh" ● Azərbaycan Kuboku: 29 illik rekord təkrarlandı ● Badmintonçularımız beynəlxalq inkişaf turnirində ● Yuri Maksimov: “Tələskənlikdən oyuna nəzarət edə bilmədik” ● “Bizim üçün qazandığımız hər xal 6-ya bərabərdir” ● “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil” ● “Neftçi” - “Sabah”: ● Almatıda bürünc medal ●

"Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan"

Bölmə adı Sabah / Manşet
Yayımlandı Bu gün, 12:33

"Sabah" Azərbaycan Premyer Liqasının 7-ci turunda "Neftçi" ilə qarşılaşıb - 0:0.

Həmin qarşılaşmadan sonra "bayquşlar"ın yarımmüdafiəçisi İvan Lepiniçanın Sport1.az saytına müsahibəsini təqdim edirik:

- "Ağ-qaralar"la duel barədə fikirləriniz necədir?

- Çətin oyun keçdi. Məncə, bərabərlik ədalətli nəticə oldu. Qarşılaşma fərdi mübarizələr şəraitində keçdi. "Neftçi"nin bu cür çıxış etdiyini bilirdik. Matça yaxşı hazırlaşmışdıq. Qalib gəlmək üçün yetərincə yaxşı çıxış edə bilmədik.

- Start heyətlər açıqlananda elə təəssürat yarandı ki, sanki "Sabah" "Slaviya" (Praqa) ilə oyunu düşünərək əsas oyunçularına istirahət verib. Bu fikirlə razısınız?

- Xeyr. Məncə, heç də belə deyildi. Milli komandalardan qayıdan xeyli futbolçumuz var. Onların mümkün qədər çox dincəlməsi lazımdır. Çünki onlar bu oyundan cəmi bir gün əvvəl komandaya qoşulmuşdular.

- "Neftçi" ilə dueldə qələbə qazanmaq üçün nə çatmadı?

- Daha çox top qazanmalı və ikili mübarizələrdə aqressiv olmalıydıq. "Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan.

- Qarşıda sizi UEFA Çempionlar Liqasının 2-ci turunda "Slaviya" (Praqa) ilə matç gözləyir. Bu qarşılaşma ilə bağlı düşüncələriniz necədir?

- Onlar çətin rəqibdir. Hələ rəqibi tam tam təhlil etməmişik. Bilirik ki, aqressiv komandadırlar. Bəlkə, "Neftçi"dən də çox. Ümid edirəm ki, 10-15 faiz daha yaxşı çıxış edərək sərfəli nəticə əldə edə biləcəyik.

- Püşkatma zamanı belə görünürdü ki, "Slaviya" (Praqa) digər rəqiblərlə müqayisədə sanki ən münasib olanıdır. Bu fikirlə razısınızmı?

- Razı deyiləm. Çempionlar Liqasında hansı komandanın daha yaxşı mövsüm keçirəcəyini heç vaxt əvvəlcədən bilmək olmur. Məncə, hər oyun olduqca çətin keçəcək. Ümid edirəm ki, ən yaxşı futbolumuzu nümayiş etdirib bəzi oyunları qazana və xallar əldə edə biləcəyik.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR