son dəqiqə SON DƏQİQƏ
"Sumqayıt" - "Qəbələ": ● "Zirə" hesabı bərabərləşdirdi, "Sumqayıt" "Qəbələ" ilə üz-üzə ● I Liqa: "Baku Sportinq" Yevlaxda "Gəncəbasar"a uduzub ● "Meydanda qat-qat yaxşı oynayan komanda biz idik" ● "Zirə" - "Şamaxı": ● Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq ● Dünya Çempionatı: İki cüdoçumuz 1/4 finala, biri yarımfinala yüksəlib ● "Məncə, 0:0 oyunun gedişatına uyğun və tam normal nəticədir" ● DÇ: İki cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Madina Kaisinova mundialla vidalaşıb ● "Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan" ● Azərbaycanın 5 boksçusu Avropa Çempionatının finalına yüksəlib ● Camal Qamzatxanovdan uğurlu start ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 idmançımız mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ● "Araz-Naxçıvan" "Kəpəz"ə uduzub, "Sabah" - "Neftçi" oyununda "sülh" ● Azərbaycan Kuboku: 29 illik rekord təkrarlandı ● Badmintonçularımız beynəlxalq inkişaf turnirində ● Yuri Maksimov: “Tələskənlikdən oyuna nəzarət edə bilmədik” ● “Bizim üçün qazandığımız hər xal 6-ya bərabərdir” ● “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil” ● “Neftçi” - “Sabah”: ● Almatıda bürünc medal ●

"Meydanda qat-qat yaxşı oynayan komanda biz idik" - AÇIQLAMA

Bölmə adı Neftçi / Manşet
Yayımlandı Bu gün, 17:06

"Neftçi" Azərbaycan Premyer Liqasının 7-ci turunda "Sabah"la qarşılaşıb - 0:0.

Həmin qarşılaşmadan sonra "ağ-qaralar"ın yarımmüdafiəçisi Viçko Şevelin Sport1.az saytına müsahibəsini təqdim edirik:

- Oyunla bağlı təəssüratınız necədir?

- Çox gərgin oyun keçdi. Hər iki komanda üçün ağır matç oldu. Bu gün topa az nəzarət etdik. Lakin xeyli qol vəziyyətlərimiz oldu. Bu gün qələbəyə layiq olan tərəf biz idik. Ümid edirəm ki, azarkeşlərimiz burada qələbə üçün necə böyük mübarizə apardığımızı gördülər və oyundan razı qaldılar. Təəssüf ki, bəxtimiz gətirmədi və 3 xal qazana bilmədik. Məncə, yaxşı oynadıq.

- "Neftçi" bu gün 2 xal itirdi, yoxsa 1 xal qazandı?

- Qalib gəlməliydik. Çünki rəqiblə müqayisədə daha çox qol epizodumuz oldu. Hətta sonuncu dəqiqədə də çox yaxşı bir şansımız var idi və qapıçı əla qurtarış etdi. Bəli, deyərdim ki, bu gün 2 xal itirdik. Meydanda qat-qat yaxşı oynayan komanda biz idik.

- Meydanda yaşanan insident nə ilə bağlı idi?

- Düzünü desəm, nə baş verdiyini görmədim. Yaxınlaşanda gördüm ki, qarışıqlıq yaranıb. Səbəbini bilmədim. Epizoda təkrar baxmalıyam.

- Çempionatda növbəti oyununuz "Qarabağ"a qarşı olacaq...

- Artıq həmin matçın hazırlığına köklənəcəyik. Yaxşı hazırlaşıb qələbə üçün meydana çıxacağıq. "Qarabağ" güclü komandadır. Lakin biz hər oyuna yalnız qalib gəlmək üçün çıxırıq.

- İddialı komandalarla ardıcıl oynamaq komandanı yormur?

- Təqvim belədir. İstər-istəməz bu matçları oynamalısan. Güclü rəqiblərlə ard-arda oynamaq yaxşıdır. Biz hər matçda qələbə qazanmaq istəyirik.

- Azərbaycan Premyer Liqasına adaptasiya prosesiniz necə gedir?

- Hər şey çox yaxşıdır. Liqanın keyfiyyəti yüksəkdir. Bugünkü oyun da çox maraqlı, dinamik və keyfiyyətli keçdi. Hələ də şəhərə, yeni mədəniyyətə və buradakı oyun üslubuna uyğunlaşmaq prosesim davam edir. Hər şeyin yaxşı getdiyini düşünürəm.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR