Uşanqi Kokauri (+100 kq) cüdo üzrə Dünya Çempionatının finalına vəsiqə qazanıb.
Sport1.az xəbər verir ki, o, yarımfinalda finlandiyalı Martti Puumalayneni üstələyib.
Kokauri qızıl medal uğrunda görüşdə İnal Tasoyevlə (Rusiya) üz-üzə gələcək.
Kənan Nəsibov (+100 kq) bürünc medal uğrunda görüşdə Azərbaycanın digər təmsilçisi Camal Qamzatxanovla üz-üzə gələcək.