son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Azərbaycan medal sayına görə üçüncü oldu ● "Onun 2-ci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi" ● "Sumqayıt" ilk qələbəsini qazandı ● Zirədə qollu bərabərlik ● "Bizə vaxt lazımdır" ● MPL: Zirədə qalib müəyyənləşmədi, "Sumqayıt" "Qəbələ"ni məğlub etdi ● "Şükür, bu gün meydanda vuruşaraq xalımızı qazandıq" ● "Çox yaxşı futbolçudur, istədiyimiz oyunçulardandır" ● Rəhim Həsənovun cəsarətsiz və ya yarınmağa çalışan hakimləri ● "Sumqayıt" - "Qəbələ": ● I Liqa: "Baku Sportinq" Yevlaxda "Gəncəbasar"a uduzub ● "Meydanda qat-qat yaxşı oynayan komanda biz idik" ● "Zirə" - "Şamaxı": ● Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq ● Dünya Çempionatı: İki cüdoçumuz 1/4 finala, biri yarımfinala yüksəlib ● "Məncə, 0:0 oyunun gedişatına uyğun və tam normal nəticədir" ● DÇ: İki cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Madina Kaisinova mundialla vidalaşıb ● "Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan" ● Azərbaycanın 5 boksçusu Avropa Çempionatının finalına yüksəlib ● Camal Qamzatxanovdan uğurlu start ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 idmançımız mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ●

"Onun 2-ci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi"

Bölmə adı Sumqayıt
Yayımlandı Dünən, 23:23

"Sumqayıt" Misli Premyer Liqasının 7-ci turu çərçivəsində "SOCAR Polymer Arena"da "Qəbələ"ni məğlub edib - 4:1.

Sport1.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Filipe Kandido oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Hesab bu gün qələbəyə tam layiq olduğumuzu açıq şəkildə göstərir. Hücumda qol imkanları yaratdıq və erkən qollar vurduq. Hesabda 2:0 önə keçdikdən sonra rəqib fərqi azaltsa da, dərhal reaksiya verərək üçüncü qolu vurduq. İlk hissədə oyuna tam nəzarət etdik və fasiləyə 3:1 hesablı üstünlüklə yollandıq. Açığı, ikinci hissədəki oyunumuzdan tam razı deyiləm. Komanda uzun müddətdir qələbə qazana bilmirdi. Buna görə də futbolçular üstünlüyü qorumaq məqsədilə istər-istəməz müdafiəyə daha çox diqqət yetirməyə başladılar. Bu da oyun planımıza müəyyən qədər təsir etdi. Buna baxmayaraq, dördüncü qolu vurduq və matçı inamlı qələbə ilə başa vurduq".

- Portuqaliya millisinin ardıcıl dörd qələbə qazandığını nəzərə alsaq, vətəninizdə Kriştianu Ronaldo ətrafında gedən müzakirələr barədə nə düşünürsünüz? Həmçinin daha əvvəl əvəzedici heyətə göndərilən Nihad Əhmədzadənin bu gün meydana çıxmasının səbəbi nə idi?

- Ronaldo ilə bağlı vəziyyət hazırda Portuqaliya mətbuatında ən çox müzakirə olunan mövzudur. Lakin bu, mənə ünvanlanmalı sual deyil. Əsas odur ki, millimiz Ronaldosuz da dörd qələbə qazanıb. O, dünyanın ən yaxşı futbolçularından biridir, amma futbolda hər şey baş verə bilər. Nihad Əhmədzadəyə gəlincə, onun ikinci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi. Portuqaliyada bu, adi təcrübədir. Gənc futbolçular oyun praktikası qazanmaları və formalarını bərpa etmələri üçün ikinci komandaya göndərilirlər. Bu gün Nihad əsas heyətə qayıtdı və oynamaq şansı qazandı.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR