son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Azərbaycan medal sayına görə üçüncü oldu ● "Onun 2-ci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi" ● "Sumqayıt" ilk qələbəsini qazandı ● Zirədə qollu bərabərlik ● "Bizə vaxt lazımdır" ● MPL: Zirədə qalib müəyyənləşmədi, "Sumqayıt" "Qəbələ"ni məğlub etdi ● "Şükür, bu gün meydanda vuruşaraq xalımızı qazandıq" ● "Çox yaxşı futbolçudur, istədiyimiz oyunçulardandır" ● Rəhim Həsənovun cəsarətsiz və ya yarınmağa çalışan hakimləri ● "Sumqayıt" - "Qəbələ": ● I Liqa: "Baku Sportinq" Yevlaxda "Gəncəbasar"a uduzub ● "Meydanda qat-qat yaxşı oynayan komanda biz idik" ● "Zirə" - "Şamaxı": ● Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq ● Dünya Çempionatı: İki cüdoçumuz 1/4 finala, biri yarımfinala yüksəlib ● "Məncə, 0:0 oyunun gedişatına uyğun və tam normal nəticədir" ● DÇ: İki cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Madina Kaisinova mundialla vidalaşıb ● "Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan" ● Azərbaycanın 5 boksçusu Avropa Çempionatının finalına yüksəlib ● Camal Qamzatxanovdan uğurlu start ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 idmançımız mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ●

"Bizə vaxt lazımdır" - YETON BEKİRİ

Bölmə adı Qəbələ
Yayımlandı Dünən, 21:56

"Qəbələ" Misli Premyer Liqasının 7-ci turu çərçivəsində səfərdə "Sumqayıt"a məğlub olub - 1:4.

Sport1.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Yeton Bekiri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Erkən qollar buraxdıqdan sonra çətin oldu bizə toparlanmaq üçün. Əvvəlki oyunlara baxmışdım və asanlıqla qollar buraxdığımızı görürdüm. Bu problemi aradan qaldırmaq üçün buradayıq".

- Komandanı tam formalaşdırmaq üçün sizə nə qədər vaxt lazımdır?

- Əlbəttə ki, vaxt çox lazımlı bir məqamdır. Oyunun əvvəlində 3 zərbənin üçünün də qol olması çox çətindir. Güclü komandalar da bu məqamlarda geridönüş etməkdə çətinlik çəkirlər. Bizə vaxt lazımdır. Düşünürəm ki, bu və digər çatışmazlıqları aradan qaldıracağıq.

- Növbəti turda son çempion "Sabah"la qarşılaşacaqsınız. Qısa müddətdə nələri dəyişməyi düşünürsünüz?

- Azərbaycan Premyer Liqası çox güclü liqadır. "Sabah" yaxşı komandadır. Qısa müddətdə nəyi bacarırıqsa, dəyişməyə çalışacağıq.

- Adətən, mövsümün gedişatında gələn baş məşqçi sonda uğur qazanmayanda komandanı özünün qurmadığını qeyd edir...

- Bu barədə şikayət etməyəcəyəm. Mən buraya işləməyə gəlmişəm. Komandamdakı futbolçularla birlikdə çalışıb sonda əlimizdən gələni etməyə çalışacağıq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR