
Dünən Samir Abasov mətbuat konfransında maraqlı açıqlama ilə diqqət çəkdi:
"Razılaşmaya bilərsiz, belə dəqiqələrdə ucuz penaltilər verilməz. Elçin Məsiyev deyirsə ki, kontakt oyunudur, niyə "Zirə" və "Turan Tovuz"la matçlarda verilmədi penalti? Çox pis təsir edir".
Baş məşqçinin etiraz etdiyi epizodlardan birini tapmışıq. "Zirə" - "Neftçi" oyunu. İsmayıl İbrahimlinin kontaktından sonra Cordan Rezabala yerdə qalır. Amma penalti verilmir.
İndi sualı sizə ünvanlayırıq. Bu oyunların hər ikisini də FİFA referisi idarə edib. Birində Kamal Umudlu olub, dünənki oyunda Elçin Məsiyev. Bu hakimlərdən hansı doğru qərar qəbul edib? Kamal Umudlu, Elçin Məsiyev, yoxsa hər ikisi?
İLKİN SULTANLI