
"Liverpul"un mövsümün sonunda müqaviləsi başa çatan müdafiəçisi İbrahima Konate klubla bağlı qərarını verib.
Sport1.az xəbər verir ki, fransalı futbolçu müqaviləsini yeniləmək istəmir.
O, əvəzində azad agent kimi "Real Madrid"ə keçmək istəyir.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2021-ci ildən "Liverpul"un şərəfini qoruyur.