Rusiya millisi yoldaşlıq oyunu keçirəcək

Bölmə adı Futbol
Yayımlandı 9-11-2025, 11:48


Rusiya milli komandası növbəti yoldaşlıq görüşünü Çili yığmasına qarşı keçirəcək.

Sport1.az xəbər verir ki, qarşılaşma noyabrın 15-də Soçidəki “Fişt” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Çili millisinin mətbuat attaşesi David Munyos bildirib ki, Cənubi Amerika təmsilçisi matçdan bir gün əvvəl – noyabrın 14-də Rusiyaya gələcək.

Xatırladaq ki, Rusiya yığması bundan öncə noyabrın 12-də Sankt-Peterburqdakı “Qazprom Arena”da Peru ilə yoldaşlıq oyunu keçirəcək. Həmin görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Qeyd edək ki, FİFA və UEFA 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra bu ölkənin klublarının və milli komandalarının beynəlxalq turnirlərdə iştirakını dayandırıb.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR