"Komo" İkardi ilə maraqlanır

Bölmə adı Türkiyə
Yayımlandı 29-10-2025, 09:48

A Seriyası təmsilçisi "Komo" "Qalatasaray"ın hücumçusu Mauro İkardi ilə maraqlanır.

Sport1.az xəbər verir ki, İtaliya klubu hazırkı forvardı Alvaro Moratanın oyunundan məmnun deyil.

Xatırladaq ki, 32 yaşlı futbolçunun "sarı-qırmızılılar"la sözləşməsi mövsümün sonunda başa çatır.

"Komo" argentinalı hücumçunu azad agent kimi heyətinə qatmaq istəyir.

Qeyd edək ki, İkardi bu mövsüm "Qalatasaray" forması ilə meydana çıxdığı 12 oyunda 6 dəfə fərqlənməyi bacarıb.

Müəllif: Sport1.az