son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Azərbaycan medal sayına görə üçüncü oldu ● "Onun 2-ci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi" ● "Sumqayıt" ilk qələbəsini qazandı ● Zirədə qollu bərabərlik ● "Bizə vaxt lazımdır" ● MPL: Zirədə qalib müəyyənləşmədi, "Sumqayıt" "Qəbələ"ni məğlub etdi ● "Şükür, bu gün meydanda vuruşaraq xalımızı qazandıq" ● "Çox yaxşı futbolçudur, istədiyimiz oyunçulardandır" ● Rəhim Həsənovun cəsarətsiz və ya yarınmağa çalışan hakimləri ● "Sumqayıt" - "Qəbələ": ● I Liqa: "Baku Sportinq" Yevlaxda "Gəncəbasar"a uduzub ● "Meydanda qat-qat yaxşı oynayan komanda biz idik" ● "Zirə" - "Şamaxı": ● Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq ● Dünya Çempionatı: İki cüdoçumuz 1/4 finala, biri yarımfinala yüksəlib ● "Məncə, 0:0 oyunun gedişatına uyğun və tam normal nəticədir" ● DÇ: İki cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Madina Kaisinova mundialla vidalaşıb ● "Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan" ● Azərbaycanın 5 boksçusu Avropa Çempionatının finalına yüksəlib ● Camal Qamzatxanovdan uğurlu start ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 idmançımız mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ●

170 komandanın mübarizə aparacağı voleybol yarışı keçiriləcək

Bölmə adı Voleybol
Yayımlandı 25-10-2025, 20:55

Bu gün GİN-in Voleybol Mərkəzində yeniyetmə qız və oğlan voleybolçular arasında Azərbaycan birinciliklərinin püşkatma mərasimi keçirilib.

Sport1.az xəbər verir ki, tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) icraçı direktoru Vüqar Hüseynzadə, idman şöbəsinin rəhbəri Şiraslan Kərimov, kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli, federasiyanın əməkdaşları və klubların təmsilçiləri iştirak ediblər.

Çıxış edən AVF rəsmiləri birinciliklərin əhəmiyyətini vurğulayaraq, bu yarışların bölgələrdə voleybolun inkişafına və gənc istedadların üzə çıxarılmasına töhfə verəcəyini bildiriblər.

Daha sonra komandalara yarışın əsasnaməsi barədə məlumat verilib və püşkatma mərasiminə başlanılıb.
Birinciliklər U-14, U-16 və U-18 yaş qrupları üzrə təşkil olunacaq. Bakı ilə yanaşı, Gəncə, Naxçıvan, Sumqayıt, Tovuz, Oğuz və digər bölgələrdən olan komandalar da çempionluq uğrunda mübarizə aparacaqlar.

Ümumilikdə 170 komanda (110 qız, 60 oğlan) yarışlarda qüvvəsini sınayacaq. Reqlamentə əsasən, qarşılaşmalar qrup və pley-off mərhələlərindən ibarət olacaq.
Azərbaycan birinciliklərinin keçirilməsində məqsəd voleybolun ölkə üzrə kütləviliyini artırmaq, bölgələrdə bu idman növünə marağı gücləndirmək və perspektivli idmançıların milli komandalara seçilməsinə şərait yaratmaqdır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR