II Liqa təmsilçisi "Kür-Araz"ın oyunçusu Elnur Məmmədov barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərardan verdiyi apellyasiya şikayəti təmin olunmayıb.Sport1.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı 2-ci turda "Göygöl"lə matçdan sonra 4 oyunluq diskvalifikasiya edilən kapitanın cəzasını qüvvədə saxlayıb.
Qeyd edək ki, bu komandalar arasında keçirilən görüşdən sonra hakimin ikinci sarı vərəqəsindən sonra qırmızı vərəqə aldığına və oyunun hakimlərini təhqir etdiyinə görə Məmmədov 4 oyun cəzalanıb. "Kür-Araz" klubu isə 1000 manat cərimələnib.