son dəqiqə SON DƏQİQƏ
Millimiz Polşada birinci olub "Gəncəbasar"dan növbəti transfer "Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb

AFFA bu klubları cərimələdi - SİYAHI

Bölmə adı Futbol
Yayımlandı 1-10-2025, 14:46

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sport1.az xəbər verir ki. iclasda Misli Premyer Liqasının 6-cı turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

"İmişli” – “Zirə” oyununda Əsasnamənin 14-cü maddəsinin 11-ci bəndinin tələbləri pozulduğuna görə (media sektora kənar şəxslərin daxil olması) “İmişli” klubu 1000 manat cərimə edilib.

“Qarabağ” – “Qəbələ” oyununun 1-ci dəqiqəsində “Qəbələ” klubunun 30 nömrəli futbolçusu Prins Ovusu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Qəbələ” klubu 1000 manat cərimə edilib.

“Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilib.

"Turan Tovuz” – “Kəpəz” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Kəpəz” klubu 5000 manat cərimə edilib.

“Sabah” – “Sumqayıt” oyununun gedişində işıq söndüyünə görə matç 20 dəqiqə gecikdiyi üçün “Sabah” klubu 1000 manat cərimə edilib. Oyunda “Sabah” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” klubu 700 manat cərimə edilib.

Matçın 90+4-cü dəqiqəsində “Sabah” klubunun məşqçisi Castinas Qasiunas hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. klub 10000 manat cərimə edilib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR