Ərəblər "Fənərbağça"nın legionerini transfer etmək istəyir

Bölmə adı Türkiyə
Yayımlandı 8-10-2025, 12:53

"Fənərbağça"nın futbolçusu Cayden Ostervolde karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sport1.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçinin xidmətində "Əl-Hilal" maraqlıdır.

Ərəblər niderlandlı futbolçunu transfer etmək üçün "Fənərbağça" ilə danışıqlara start verib.

İstanbul təmsilçisinin Oestervoldeni satıb-satmayacağı onun üçün ediləcək transfer məbləğindən asılı olacaq.

Onun "Fənərbağça" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, “Tvente”, “Parma” klublarında da oynayıb.

Müəllif: Sport1.az