son dəqiqə SON DƏQİQƏ
Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Millimiz bu dəfə Kosovoya uduzdu ● Premyer Liqa klublarının yay transferləri ● "Qarabağ" "Zirə" ilə qarşılaşacaq ● "Neftçi" yoxlama matçına çıxacaq ● "Lənkəran" komandası yenidən Region Liqasında çıxış edəcək ● Millimiz Qubaya yollanıb ● Azərbaycan Basketbol Liqası: İki qarşılaşma buna görə təxirə salınıb ● Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir ● "Turan" "Fənərbağça"ya qarşı ● "Sumqayıt"dan nəcib addım ● Yeddi futbolçunun adı UEFA-ya göndərilən siyahıda yer almadı ● "Mingəçevir Reqatası-2026": Millimiz 22 medal qazanıb ● "Gəncəbasar"ın "Kəpəz"lə yoxlama matçının vaxtı dəyişdirilib ● Azərbaycan Basketbol Liqası: Qalib kluba əlavə mükafat veriləcək ● Daha bir azərbaycanlı hakim DÇ-nin əsas mərhələ matçına təyinat alıb ● Dünya Kubokuna start verildi ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Millimiz Kilmarnokda Şotlandiya seçməsini uduzub ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ● Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib ● “Neftçi” Avropa Kubokunun əsas mərhələsində ● ABL-də yeni mövsümə start verilib ● Yığmamızın rəqibləri bəlli oldu ●

Millimiz Qubaya yollanıb

Bölmə adı Voleybol
Yayımlandı Bu gün, 14:51

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa Çempionatının 1-ci təsnifat mərhələsinə (EEVZA - Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) hazırlığı Qubada davam etdirir.

Sport1.az xəbər verir ki, hazırlıq proqramına uyğun olaraq, komanda Qubada, UNEC klubunun idman zalında təlim-məşq toplanışındadır.

Türkiyəli mütəxəssis Gökhan Edmanın rəhbərliyi altında keçirilən hazırlıq prosesində 20 və 16 yaşadək qızlardan ibarət komandaların üzvləri iştirak edir. Ümumilikdə toplanışa 33 voleybolçu cəlb olunub.

10 günlük Quba toplanışının ardından komandaların oktyabrın 3-də Bakıya qayıtması planlaşdırılır. Bundan sonra 20 yaşadək qızlardan ibarət milli hazırlığı ölkə xaricində davam etdirəcək. Hazırlığın növbəti mərhələsində komandanın bir neçə yoxlama oyunu keçirməsi də nəzərdə tutulur.

20 yaşadək qızlardan ibarət komandalar arasında EEVZA çempionatı 22-25 oktyabrda Gürcüstanın Rustavi şəhərində keçiriləcək. Yarışda Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları iştirak edəcək.

Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşacaq. B qrupunda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna komandaları mübarizə aparacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR