SON DƏQİQƏ
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminara start verilib.
Sport1.az xəbər verir ki, Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən təşkil edilən seminarlar tanınmış məşqçi Yevgeni Timçenkoya həvalə olunub.
Qazaxıstanlı mütəxəssis oktyabrın 7-dək məşqçilər ücün "LEVEL 1" adlanan hazırlıq prosesində həm nəzəri, həm də praktiki dərslər keçəcək.
Oktyabrın 8-dən 10-dək isə uşaqlar ücün məşqlər təşkil olunacaq.
Seminar "Şüa" İdman-Sağlamlıq Kompleksində təşkil olunub.