17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa Çempionatının seçmə mərhələsindəki növbəti oyununda Kosovo seçməsi ilə qarşılaşıb.
Sport1.az xəbər verir ki, B Liqasının B1 qrupunun matçı rəqibin 8:3 hesablı qələbəsi ilə bitib.
Azərbaycanın U-17 millisi növbəti matçını oktyabrın 4-də Albaniyaya qarşı keçirəcək. Milli ilk görüşündə İrlandiyaya 0:16 hesabı ilə uduzub.