"Kəpəz"lə "Gəncə Park Residence" Mənzil-Tikinti Kooperativi arasında sponsorluq müqaviləsi imzalanıb.
Sport1.az xəbər verir ki, müqaviləyə əsasən, 2026/27 futbol mövsümü ərzində "sarı-göylər"in oyun formasının arxa hissəsində "Gəncə Park Residence"ə məxsus "Gəncə Park City" brendinin loqosu yer alacaq.
Əməkdaşlıq çərçivəsində tərəflər klubun ev oyunları zamanı birgə marketinq layihələri və müxtəlif tanıtım tədbirləri də həyata keçirəcəklər.
Müqavilənin müddəti 2026/27 futbol mövsümünün sonuna qədər nəzərdə tutulub.