son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"də yeni sponsor ● "Murov Az Terminal" Azərbaycanlı oyunçu ilə müqavilə imzaladı ● Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Millimiz bu dəfə Kosovoya uduzdu ● Premyer Liqa klublarının yay transferləri ● "Qarabağ" "Zirə" ilə qarşılaşacaq ● "Neftçi" yoxlama matçına çıxacaq ● "Lənkəran" komandası yenidən Region Liqasında çıxış edəcək ● Millimiz Qubaya yollanıb ● Azərbaycan Basketbol Liqası: İki qarşılaşma buna görə təxirə salınıb ● Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir ● "Turan" "Fənərbağça"ya qarşı ● "Sumqayıt"dan nəcib addım ● Yeddi futbolçunun adı UEFA-ya göndərilən siyahıda yer almadı ● "Mingəçevir Reqatası-2026": Millimiz 22 medal qazanıb ● "Gəncəbasar"ın "Kəpəz"lə yoxlama matçının vaxtı dəyişdirilib ● Azərbaycan Basketbol Liqası: Qalib kluba əlavə mükafat veriləcək ● Daha bir azərbaycanlı hakim DÇ-nin əsas mərhələ matçına təyinat alıb ● Dünya Kubokuna start verildi ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Millimiz Kilmarnokda Şotlandiya seçməsini uduzub ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ● Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib ● “Neftçi” Avropa Kubokunun əsas mərhələsində ●

“Ayntraxt Frankfurt” Can Uzunu 80 milyon avro dəyərində qiymətləndirib

Bölmə adı Almaniya
Yayımlandı 7-10-2025, 14:13

Bundesliqa təmsilçisi “Ayntraxt Frankfurt” 19 yaşlı hücumameyilli yarımmüdafiəçisi Can Uzunun transfer qiymətini müəyyən edib.

Sport1.az xəbər verir ki, Almaniya klubunun rəhbərliyi gənc futbolçunu 80 milyon avro dəyərində qiymətləndirir. “Sky Sport” jurnalisti Florian Plettenberqin məlumatına görə, klub gələn yay Uzunun transferi üçün məhz bu məbləği tələb edəcək.

Gənc türkiyəli futbolçunun “Ayntraxt Frankfurt”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir və müqavilədə sərbəst buraxılma maddəsi yoxdur. “Transfermarkt” portalı isə onu hazırda 18 milyon avro dəyərində qiymətləndirir.

Can Uzun cari mövsümdə Bundesliqada keçirdiyi 6 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Bu göstəricilərlə o, komandanın əsas bombardiri olmaqla yanaşı, məhsuldarlığa görə klub tarixinin ən yaxşı startlarından birinə imza atıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR