son dəqiqə SON DƏQİQƏ
Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Millimiz bu dəfə Kosovoya uduzdu ● Premyer Liqa klublarının yay transferləri ● "Qarabağ" "Zirə" ilə qarşılaşacaq ● "Neftçi" yoxlama matçına çıxacaq ● "Lənkəran" komandası yenidən Region Liqasında çıxış edəcək ● Millimiz Qubaya yollanıb ● Azərbaycan Basketbol Liqası: İki qarşılaşma buna görə təxirə salınıb ● Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir ● "Turan" "Fənərbağça"ya qarşı ● "Sumqayıt"dan nəcib addım ● Yeddi futbolçunun adı UEFA-ya göndərilən siyahıda yer almadı ● "Mingəçevir Reqatası-2026": Millimiz 22 medal qazanıb ● "Gəncəbasar"ın "Kəpəz"lə yoxlama matçının vaxtı dəyişdirilib ● Azərbaycan Basketbol Liqası: Qalib kluba əlavə mükafat veriləcək ● Daha bir azərbaycanlı hakim DÇ-nin əsas mərhələ matçına təyinat alıb ● Dünya Kubokuna start verildi ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Millimiz Kilmarnokda Şotlandiya seçməsini uduzub ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ● Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib ● “Neftçi” Avropa Kubokunun əsas mərhələsində ● ABL-də yeni mövsümə start verilib ● Yığmamızın rəqibləri bəlli oldu ●

AMADA III MDB Oyunlarında maarifləndirmə fəaliyyətini davam etdirir

Bölmə adı Digər
Yayımlandı 3-10-2025, 19:09

III MDB Oyunları çərçivəsində sərbəst və qadın güləşi üzrə yarışlarda Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən növbəti maarifləndirici proqram təşkil olunub.

AMADA-nın xüsusi guşəsini ziyarət edən iştirakçılara antidopinq qayda pozuntuları, rəqibə hörmət prinsipləri, idmançıların hüquq və öhdəlikləri, həmçinin narkomaniyanın fəsadları barədə ətraflı məlumat verilib. Tədbir çərçivəsində antidopinq sistemi üzrə viktorina keçirilib, fəallığı ilə seçilən iştirakçılara AMADA tərəfindən hədiyyələr təqdim olunub.

Guşəni ziyarət edənlər arasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev də olub.

Bu proqram təmiz idmanın təbliği, gənc idmançılarda düzgün dəyərlərin formalaşdırılması və sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

AMADA III MDB Oyunlarında maarifləndirmə fəaliyyətini davam etdirir





[center]

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR