son dəqiqə SON DƏQİQƏ
Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Millimiz bu dəfə Kosovoya uduzdu ● Premyer Liqa klublarının yay transferləri ● "Qarabağ" "Zirə" ilə qarşılaşacaq ● "Neftçi" yoxlama matçına çıxacaq ● "Lənkəran" komandası yenidən Region Liqasında çıxış edəcək ● Millimiz Qubaya yollanıb ● Azərbaycan Basketbol Liqası: İki qarşılaşma buna görə təxirə salınıb ● Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir ● "Turan" "Fənərbağça"ya qarşı ● "Sumqayıt"dan nəcib addım ● Yeddi futbolçunun adı UEFA-ya göndərilən siyahıda yer almadı ● "Mingəçevir Reqatası-2026": Millimiz 22 medal qazanıb ● "Gəncəbasar"ın "Kəpəz"lə yoxlama matçının vaxtı dəyişdirilib ● Azərbaycan Basketbol Liqası: Qalib kluba əlavə mükafat veriləcək ● Daha bir azərbaycanlı hakim DÇ-nin əsas mərhələ matçına təyinat alıb ● Dünya Kubokuna start verildi ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Millimiz Kilmarnokda Şotlandiya seçməsini uduzub ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ● Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib ● “Neftçi” Avropa Kubokunun əsas mərhələsində ● ABL-də yeni mövsümə start verilib ● Yığmamızın rəqibləri bəlli oldu ●

Azərbaycanın 5 idmançısı kamandan oxatma yarışlarında 1/8 finala yüksəldi

Bölmə adı Digər
Yayımlandı 2-10-2025, 20:54

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışlarına start verilib.

Sport1.az xəbər verir ki, Xankəndi şəhər stadionunda təşkil olunan yarışların bu gün keçirilən kvalifikasiya mərhələsində qadınlar və kişilər üzrə bütün idmançılar fərdi mübarizədə qüvvələrini sınayıblar.

Yüksək nəticə göstərən Nurlan Rəhimli və Fatimə Hüseynli birbaşa 1/8 final mərhələsinə yüksəliblər. Bununla yanaşı, Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədli və Sərdar Vəliyev şəxsi qarşılaşmalarda qalib gələrək 1/8 finalda mübarizə aparmaq hüququ qazanıblar. Digər iştirakçımız Zahid Kazımzadə isə fərdi yarışlarda 1/16 final mərhələsində mübarizəni dayandırıb.

Sabah yarışların 3-cü günü baş tutacaq. Gün ərzində 1/8 final, 1/4 final və yarımfinal mərhələləri keçiriləcək

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR