Böyük Britaniyadan şok qələbə

Bölmə adı Basketbol
Yayımlandı 2-10-2025, 18:16

Böyük Britaniya yığması Avropa Basketbol Çempionatında sürpriz nəticəyə imza atıb. Finlandiyada keçirilən qarşılaşmada britaniyalılar Monteneqronu 89-83 hesabı ilə məğlub ediblər.

Sport1.az xəbər verir ki, bu qələbə ilə Böyük Britaniya 12 illik həsrətə son qoyub. Komanda son dəfə 2013-cü ildə Almaniya üzərində qələbə qazanmışdı.

Qeyd edək ki, britaniyalılar qrup mərhələsində keçirdikləri 5 oyundan yalnız birində qalib gələ biliblər.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR