son dəqiqə SON DƏQİQƏ
"Lənkəran" yenidən Region Liqasında ● Millimiz Qubaya yollanıb ● Azərbaycan Basketbol Liqası: İki qarşılaşma buna görə təxirə salınıb ● Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir ● "Turan" "Fənərbağça"ya qarşı ● "Sumqayıt"dan nəcib addım ● Bu yeddi futbolçunun adı UEFA-ya göndərin yekun siyahıda yer almadı ● "Mingəçevir Reqatası-2026": Millimiz 22 medal qazanıb ● "Gəncəbasar"ın "Kəpəz"lə yoxlama matçının vaxtı dəyişdirilib ● Azərbaycan Basketbol Liqası: Qalib kluba əlavə mükafat veriləcək ● Daha bir azərbaycanlı hakim DÇ-nin əsas mərhələ matçına təyinat alıb ● Dünya Kubokuna start verildi ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz Kilmarnokda Şotlandiya seçməsi ilə üz-üzə gəlib ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ● Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib ● “Neftçi” Avropa Kubokunun əsas mərhələsində ● ABL-də yeni mövsümə start verilib ● Yığmamızın rəqibləri bəlli oldu ● "Mingəçevir Reqatası-2026"nın 2-ci günündə idmançılarımızdan 7 medal ● "Çox hücum etməli, dominant oyun sərgiləməliyik" ● "Üzərimizdə məsuliyyət var" ●

Kadi Borges: "Belə nəticələrlə daha özgüvənli hiss edirik" - AÇIQLAMA

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 2-10-2025, 13:01

UEFA Çempionlar Liqasında təmsilçimiz "Qarabağ" doğma meydanda "Kopenhagen"i 2:0 hesabı ilə məğlub etdi.

Oyundan sonra "köhlən atlar"ın yarımmüdafiəçisi Kadi Borqes Sport1.az-a açıqlamasında bunları söylədi:

"Çətin oyun keçdi. Matça yaxşı hazırlaşmışdıq. Çempionlar Liqasında həmişə belə çətin görüşlər olur. Komandamız əlindən gələni etdi. Ağıllı oynadıq. Oyunun bir hissəsində rəqib üstünlüyü ələ alsa da, müdafiəmiz əzmkar oyun sərgiləyərək qapını toxunulmaz saxladı".

29 yaşlı futbolçu növbəti mərhələyə yüksəlmək ehtimalını belə şərh etdi:

"Əlbəttə ki, hamımız bunu arzulayırıq. Hər oyuna fokuslanıb yaxşı nəticə almağı hədəfləməliyik. Bunu etmək bizi növbəti mərhələyə daha da yaxınlaşdıracaq".

Braziliyalı futbolçu bu 2 qələbənin komandada özgüvən formalaşdırdığını vurğuladı:

"Belə nəticələrlə bizim özümüzə güvənimiz artır. Hər oyun daha güclü hiss edirik".

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR