son dəqiqə SON DƏQİQƏ
"Lənkəran" yenidən Region Liqasında ● Millimiz Qubaya yollanıb ● Azərbaycan Basketbol Liqası: İki qarşılaşma buna görə təxirə salınıb ● Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir ● "Turan" "Fənərbağça"ya qarşı ● "Sumqayıt"dan nəcib addım ● Bu yeddi futbolçunun adı UEFA-ya göndərin yekun siyahıda yer almadı ● "Mingəçevir Reqatası-2026": Millimiz 22 medal qazanıb ● "Gəncəbasar"ın "Kəpəz"lə yoxlama matçının vaxtı dəyişdirilib ● Azərbaycan Basketbol Liqası: Qalib kluba əlavə mükafat veriləcək ● Daha bir azərbaycanlı hakim DÇ-nin əsas mərhələ matçına təyinat alıb ● Dünya Kubokuna start verildi ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz Kilmarnokda Şotlandiya seçməsi ilə üz-üzə gəlib ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ● Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib ● “Neftçi” Avropa Kubokunun əsas mərhələsində ● ABL-də yeni mövsümə start verilib ● Yığmamızın rəqibləri bəlli oldu ● "Mingəçevir Reqatası-2026"nın 2-ci günündə idmançılarımızdan 7 medal ● "Çox hücum etməli, dominant oyun sərgiləməliyik" ● "Üzərimizdə məsuliyyət var" ●

“Məşqçi kimi inkişaf etmir” - Okan Burukdan sərt sözlər

Bölmə adı Türkiyə
Yayımlandı 30-09-2025, 22:41

"Qalatasaray”ın baş məşqçisi Okan Buruk portuqaliyalı mütəxəssis Joze Mourinyo ilə rəqabət barədə danışıb.

Sport1.az bu barədə “The Atletik”ə istinadən xəbər verir. Mourinyo ötən mövsüm “Fənərbaxça”nı çalışdırıb və çempionluq yarışında Okan Buruka uduzub. Avqust ayında isə portuqaliyalı məşqçi türk klubundan istefaya göndərilib və daha sonra “Benfika”nın baş məşqçisi təyin edilib.

Okan Buruk bildirib ki, onunla rəqabət çətin idi: “O, “Fənərbaxça”ya keçəndən sonra çox danışmağa başladı. Mourinyonun tərzini bilirik. O, təkcə meydanda deyil, ondan kənarda da oynayır. Çox şey sınadı, amma biz üstün olduq. Mourinyodan güclü idim. Biz titulu onu məğlub etməklə qazandıq. Onların stadionunda iki dəfə qalib gəldik. Bu mövsüm isə o, artıq burada olmayacaq. Biz onunla daha iki oyunu gözləyirdik”.

Okan Buruk Mourinyo haqqında fikirlərini sərt sözlərlə davam etdirib: “Joze artıq əvvəlki kimi oyunlara köklənmir, futbolu əvvəlki kimi düşünmür. O, məşqçilik üslubunu dəyişməyib. Həqiqətən xarizması güclüdür və böyük şəxsiyyətdir, amma futbolda hər mövsüm inkişaf etmək lazımdır. Ola bilsin, problem ondadır ki, o, məşqçi kimi inkişaf etmir”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR