son dəqiqə SON DƏQİQƏ
"Lənkəran" yenidən Region Liqasında ● Millimiz Qubaya yollanıb ● Azərbaycan Basketbol Liqası: İki qarşılaşma buna görə təxirə salınıb ● Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir ● "Turan" "Fənərbağça"ya qarşı ● "Sumqayıt"dan nəcib addım ● Bu yeddi futbolçunun adı UEFA-ya göndərin yekun siyahıda yer almadı ● "Mingəçevir Reqatası-2026": Millimiz 22 medal qazanıb ● "Gəncəbasar"ın "Kəpəz"lə yoxlama matçının vaxtı dəyişdirilib ● Azərbaycan Basketbol Liqası: Qalib kluba əlavə mükafat veriləcək ● Daha bir azərbaycanlı hakim DÇ-nin əsas mərhələ matçına təyinat alıb ● Dünya Kubokuna start verildi ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz Kilmarnokda Şotlandiya seçməsi ilə üz-üzə gəlib ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ● Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib ● “Neftçi” Avropa Kubokunun əsas mərhələsində ● ABL-də yeni mövsümə start verilib ● Yığmamızın rəqibləri bəlli oldu ● "Mingəçevir Reqatası-2026"nın 2-ci günündə idmançılarımızdan 7 medal ● "Çox hücum etməli, dominant oyun sərgiləməliyik" ● "Üzərimizdə məsuliyyət var" ●

Güləş millimizin III MDB Oyunları üçün heyət açıqlandı

Bölmə adı Digər
Yayımlandı 30-09-2025, 17:28

Oktyabrın 3-dən 7-dək III MDB Oyunlarında güləş yarışları keçiriləcək.

Sport1.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində ayın 3-4-də sərbəst və qadın güləşi üzrə, ayın 7-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistandan ümumilikdə 150 güləşçi mübarizə aparacaq. Ölkəmizi MDB Oyunlarında 27 güləşçi təmsil edəcək.

Sərbəst güləşdə böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Hüseyn Rzazadə (45 kq), Rəvan Həsənzadə (48 kq), Hacıhüseyn Əhmədzadə (51 kq), İbrahim Süleymanov (55 kq), Rəşid Nazarov (60 kq), Hüseyn İsmayılov (65 kq), Nihad Abasov (71 kq), Əli Hacıyev (80 kq), Amin Nəsibov (92 kq) və Hakim Tağıyev (110 kq) çıxış edəcək.

Qadın güləşində baş məşqçi əvəzi Toğrul Əsgərov, məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında Günel Quliyeva (43 kq), Nəzrin Əhmədli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Xədicəxanım Talıbova (53 kq), Esra Məmmədli (57 kq), Fidan Babayeva (61 kq) və Simurə Abdullayeva (65 kq) uğur qazanmağa çalışacaq.

Yunan-Roma güləşində isə böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında Ömər Salmanov (45 kq), Yusif Mirzəyev (48 kq), Elşad Abbasov (51 kq), Hikmət Haqverdiyev (55 kq), Əli Nəzərov (60 kq), Nihat Tağıyev (65 kq), İslam Sultanov (71 kq), Nicat Yeylaqaliyev (80 kq), Emil Abasov (92 kq) və Rauf Mütəllimov (110 kq) ölkəmizi təmsil edəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR