son dəqiqə SON DƏQİQƏ
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir ● "Turan" "Fənərbağça"ya qarşı ● "Sumqayıt"dan nəcib addım ● Bu yeddi futbolçunun adı UEFA-ya göndərin yekun siyahıda yer almadı ● "Mingəçevir Reqatası-2026": Millimiz 22 medal qazanıb ● "Gəncəbasar"ın "Kəpəz"lə yoxlama matçının vaxtı dəyişdirilib ● Azərbaycan Basketbol Liqası: Qalib kluba əlavə mükafat veriləcək ● Daha bir azərbaycanlı hakim DÇ-nin əsas mərhələ matçına təyinat alıb ● Dünya Kubokuna start verildi ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz Kilmarnokda Şotlandiya seçməsi ilə üz-üzə gəlib ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ● Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib ● “Neftçi” Avropa Kubokunun əsas mərhələsində ● ABL-də yeni mövsümə start verilib ● Yığmamızın rəqibləri bəlli oldu ● "Mingəçevir Reqatası-2026"nın 2-ci günündə idmançılarımızdan 7 medal ● "Çox hücum etməli, dominant oyun sərgiləməliyik" ● "Üzərimizdə məsuliyyət var" ● Lixtenşteynin baş məşqçisi: “Azərbaycan favoritdir” ● Stolüstü tennisçilərimiz Gürcüstanda 5 bürünc medal qazandılar ● Beynəlxalq Autizm Mərkəzinin şagirdləri "Neftçi"nin qonağı olublar ●

Okan Buruk: "Özümüzü göstərməli olduğumuz oyundur"

Bölmə adı Türkiyə
Yayımlandı 29-09-2025, 17:25

UEFA Çempionlar Liqasının liqa mərhələsində "Qalatasaray" "Liverpul"u qəbul edəcək.

Sport1.az xəbər verir ki, "sarı-qırmızılar"ın baş məşqçisi oyundan öncə mətbuat konfransında sualları cavablandırıb:

- Bu oyunda gözləntiləriniz nələrdir?

- Güclü və yaxşı formada olan rəqibə qarşı mübarizə aparacağıq. Son oyunda məğlub olsalar da, onlar Çempionlar Liqasına yaxşı başlayıblar. Doğma meydanda oynayacağımız bu cür oyunlarda özümüzü yaxşı tərəfdən göstərməliyik. Əsl "Qalatasaray" kimi oynamalıyıq. Rəqibə güclü təzyiq göstərməliyik. Bunu hiss etməlidirlər. Azarkeşlərimizin dəstəyi ilə bunu bacaracağımıza inanırıq.

- "Liverpul"a qarşı oyunda Osimeni görə bilərik?

- ⁠Bu günkü məşqdə baxacağıq. Son matçda 10 dəqiqə oynaması pozitiv mesaj idi. Vəziyyətə baxıb qərar verəcəyik.

- ⁠Oyunçularınıza güvənirsiniz?

- ⁠Mənə görə, oyuna başlayan 11-lik yox, oyunu bitirən 11-lik daha önəmlidir. Əsas heyətimizlə yanaşı, ehtiyat oyunçularımıza da güvənimiz böyükdür. Sonradan daxil olan futbolçuların tempin artmasında böyük faydası olur. Sabah bizim pis başladığımız Çempionlar Liqası həyəcanını azarkeşlərə unutdurmaq şansımız var.

- ⁠Macarıstan mətbuatında Sallainin mövqeyinin dəyişməsi ilə bağlı xəbərlər haqda nə düşünürsünüz?

- ⁠Roland həm xarakter, həm də oyunçuluq baxımından bizim üçün önəmli fiqurdur. Millidəki performansı göz önündədir. Müdafiənin sağ çinahında oynaya bilməsi bizim üçün çox sevindirici haldır.

- ⁠Çempionlar Liqasına pis başlamağınız bu oyunda motivasiyanıza təsir edə bilər?

- ⁠Ötən mövsüm bu turnirin qalibi, məhz pley-off mərhələsinə son oyunlarında aldığı xallarla vəsiqə qazanan PSJ idi. Ona görə də, pis başlanğıc edib yaxşı sonluğa çatmaq ehtimalı hər zaman qalır. Hədəfimiz dəyişməz olaraq qalır.

- "Liverpul"un mərhum futbolçusu Dioqo Jotanın şərəfinə oyunöncəsi azarkeşlər tərəfindən jest olunacaq?
- ⁠Bəli, portuqaliyalı futbolçunun azarkeşlər tərəfindən anılması üçün bir şeylər təşkil olunacaq.

- ⁠"Qalatasaray"da olduğun dönəm "Liverpul"a qol atmışdın. İndi baş məşqçi kimi "mersisaydlılar"la qarşılaşırsan. Nə düşünürsən?

- Yarımmüdafiəçi kimi uzaq məsafədən baxımlı qol atmışdım. İndi isə bunun eynisini Leminadan gözləyəcəyik (gülür). Zarafatı kənara qoysaq, komandamız tarix boyunca bir çox böyük oyunlara çıxıb. Əksəriyyətində mən oynadım. Uğurlarda pay sahibi oldum. Baş məşqçi kimi də, bu nailiyyətlərə yiyələnmək istəyərdim. Azarkeşlərimizlə birgə atmosferi rəqibə yaşatmaq lazımdır. "Liverpul"un "Nyukasl"a qarşı oyununu izlədim. "Sağsağanlar"ın 10 nəfərlə olmasına baxmayaraq, meydanda istəkli idilər. Yaxşı oynadılar. Biz də elə oynasaq, qollar və yaxşı nəticə gələcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR