Azərbaycan Basketbol Liqasında 2025/26 mövsümünün ilk turu davam edir.
Sport1.az xəbər verir ki, bu gün baş tutan turun ikinci oyununda “Abşeron Lions” “Şəki” ilə üz-üzə gəlib.
Matçın ilk hissəsini “Abşeron Lions” 26:19 hesabı ilə öndə tamamlayıb. Görüşün son hissəsində də üstünlüyünü qoruyan paytaxt təmsilçisi 21:11 hesablı nəticə ilə fərqlənib.
Beləliklə, oyunun yekununda “Abşeron Lions” rəqibini 91:80 hesabı ilə məğlub edərək, yeni mövsümə qələbə ilə başlayıb.