son dəqiqə SON DƏQİQƏ

“Fənərbağça” Tedeskonu da istefaya göndərir?

Bölmə adı Türkiyə
Yayımlandı 26-09-2025, 22:33

"Fənərbağça” yeni baş məşqçisi Domeniko Tedesko ilə yolları ayıra bilər.

Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi sentyabrın 9-da müqavilə imzaladığı 40 yaşlı italyan-alman mütəxəssisin rəhbərliyi altında keçiridiyi 4 oyunda cəmi 1 qələbə qazanıb.

Türkiyə mətbuatının yazdığına görə, bu nəticə klubun yeni prezidenti Sadettin Saranın da narazılığına səbəb olub.

Məlumata görə, “Alanyaspor” və “Kasımpaşa” ilə heç-heçələrdən sonra Avropa Liqasında “Dinamo” Zaqreblə matçdakı məğlubiyyət (1:3) baş məşqçi Tedeskonun bu vəzifədə qalmasını təhlükə altına salıb.

“Sözcü” qəzetinin yazdığına görə, “Sarı-göylər”in prezidenti Sadettin Saranın Domeniko Tedeskonun yerinə düşündüyü namizəd isə klubun sabiq baş məşqçidi Aykut Kocamandır.

Xatırladaq ki, Tedesko "Fənərbağça"da istefaya göndərilən Joze Mourinyonu əvəzləyib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR