son dəqiqə SON DƏQİQƏ
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir ● "Turan" "Fənərbağça"ya qarşı ● "Sumqayıt"dan nəcib addım ● Bu yeddi futbolçunun adı UEFA-ya göndərin yekun siyahıda yer almadı ● "Mingəçevir Reqatası-2026": Millimiz 22 medal qazanıb ● "Gəncəbasar"ın "Kəpəz"lə yoxlama matçının vaxtı dəyişdirilib ● Azərbaycan Basketbol Liqası: Qalib kluba əlavə mükafat veriləcək ● Daha bir azərbaycanlı hakim DÇ-nin əsas mərhələ matçına təyinat alıb ● Dünya Kubokuna start verildi ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz Kilmarnokda Şotlandiya seçməsi ilə üz-üzə gəlib ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ● Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib ● “Neftçi” Avropa Kubokunun əsas mərhələsində ● ABL-də yeni mövsümə start verilib ● Yığmamızın rəqibləri bəlli oldu ● "Mingəçevir Reqatası-2026"nın 2-ci günündə idmançılarımızdan 7 medal ● "Çox hücum etməli, dominant oyun sərgiləməliyik" ● "Üzərimizdə məsuliyyət var" ● Lixtenşteynin baş məşqçisi: “Azərbaycan favoritdir” ● Stolüstü tennisçilərimiz Gürcüstanda 5 bürünc medal qazandılar ● Beynəlxalq Autizm Mərkəzinin şagirdləri "Neftçi"nin qonağı olublar ●

Fərid Qayıbov MDB Oyunlarında iştirak edəcək idmançılara uğurlar arzulayıb

Bölmə adı Digər
Yayımlandı 26-09-2025, 13:12

Gənclər və idman naziri Fərid Qayıbov III MDB Oyunlarında iştirak edəcək idmançıları və onların komanda üzvlərini salamlayıb.

Sport1.az-ın məlumatına görə, Azərbaycanda təşkil olunan yarışın Təşkilat Komitəsinin sədr müavini ölkəmizin artıq özünü dünya səviyyəli genişmiqyaslı tədbirlərin etibarlı təşkilatçısı kimi təsdiq etdiyini bildirib.

O, Respublikamızda bir sıra beynəlxalq idman tədbirlərinin keçirildiyini xatırladıb:

"Azərbaycan dəfələrlə dünyanın hər yerindən ən yaxşı idmançıları və minlərlə tamaşaçı toplayan əhəmiyyətli idman hadisələri üçün arenaya çevrilib. Müxtəlif illərdə Azərbaycan 2015-ci ilin I Avropa Oyunlarına, 2017-ci ilin IV İslam Həmrəyliyi Oyunlarına, 2019-cu il Avropa Gənclər Olimpiya Festivalına, 2019-cu il UEFA Avropa Liqasının finalına, 2020-ci il futbol üzrə Avropa çempionatının dörd matçına, 2016-cı ildən Bakıda hər il keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinə ev sahibliyi edib. Bütün bu hadisələr Azərbaycanın regionun idman mərkəzi kimi imicini gücləndirməklə yanaşı, ölkəmizin yüksək səviyyədə təşkilatçılıq, inkişaf etmiş infrastruktur və qonaqpərvərliyini nümayiş etdirdi".

Nazir bildirib ki, III MDB Oyunları ölkə tarixində ilk dəfə regionlarda keçiriləcək:

"Azərbaycanın yeddi şəhəri qapılarını açmağa, zəngin mədəniyyət, isti qonaqpərvərlik və müasir idman infrastrukturunu göstərməyə hazırdır. Bu Oyunlar idmanın, iqtisadiyyatın və sosial sahənin inkişaf üçün stimul olacaq, gəncləri ruhlandıracaq, parlaq xatirələr yaradacaq və özündən sonra dəyərli irs - dünya səviyyəli yeni və yenilənmiş idman obyektləri saxlayacaq. Biz əlimizdən gələni etdik ki, yarışlar yüksək səviyyədə keçsin. Təcrübəli və fədakar komanda lazımi təlimlərdə iştirak edib. Əminəm ki, biz qonaqlar üçün ən yaxşı şəraiti təmin edə biləcəyik və onlar bu yarışlardan tam zövq alacaqlar. Biz birlikdə təkcə Azərbaycanda deyil, bütün dünyada qürur duyulacaq idman bayramı yaradacağıq. Bütün iştirakçılara parlaq qələbələr, qonaqlara isə xoş təəssüratlar arzulayıram. III MDB Oyunlarında görüşərik!"

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla saat 19:00-da başlayacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR