son dəqiqə SON DƏQİQƏ
"Turan" "Fənərbağça"ya qarşı ● "Sumqayıt"dan nəcib addım ● Bu yeddi futbolçunun adı UEFA-ya göndərin yekun siyahıda yer almadı ● "Mingəçevir Reqatası-2026": Millimiz 22 medal qazanıb ● "Gəncəbasar"ın "Kəpəz"lə yoxlama matçının vaxtı dəyişdirilib ● Azərbaycan Basketbol Liqası: Qalib kluba əlavə mükafat veriləcək ● Daha bir azərbaycanlı hakim DÇ-nin əsas mərhələ matçına təyinat alıb ● Dünya Kubokuna start verildi ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz Kilmarnokda Şotlandiya seçməsi ilə üz-üzə gəlib ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ● Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib ● “Neftçi” Avropa Kubokunun əsas mərhələsində ● ABL-də yeni mövsümə start verilib ● Yığmamızın rəqibləri bəlli oldu ● "Mingəçevir Reqatası-2026"nın 2-ci günündə idmançılarımızdan 7 medal ● "Çox hücum etməli, dominant oyun sərgiləməliyik" ● "Üzərimizdə məsuliyyət var" ● Lixtenşteynin baş məşqçisi: “Azərbaycan favoritdir” ● Stolüstü tennisçilərimiz Gürcüstanda 5 bürünc medal qazandılar ● Beynəlxalq Autizm Mərkəzinin şagirdləri "Neftçi"nin qonağı olublar ● "Turan Tovuz" - "İmişli" matçının yeri bu səbəbdən dəyişdirilib ●

Azərbaycanın bayraqdarları açıqlandı

Bölmə adı Digər turnirlər
Yayımlandı 26-09-2025, 11:46

III MDB Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.


Sport1.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Sentyabrın 28-də Gəncə şəhər stadionunda keçiriləcək III MDB Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaq.

Asiman Qurbanlı III MDB Oyunlarında çıxış edəcək ən titullu idmançılardan biridir. O, üçqat Avropa çempionu, 2019-cu il II Avropa Oyunlarının və III İslam Həmrəyliyi Oyunlarının qalibi, 2011-ci il dünya çempionatının gümüş mükafatçısıdır.

Zemfira Həsənzadə olimpiya çəki dərəcələrində Avropa çempionatının bürünc mükafatçısı, gənclər arasında Avropa çempionudur.

Xatırladaq ki, III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhərində keçiriləcək. Yarışlar isə Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərinin 12 idman məkanında təşkil olunacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR