son dəqiqə SON DƏQİQƏ
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir ● "Turan" "Fənərbağça"ya qarşı ● "Sumqayıt"dan nəcib addım ● Bu yeddi futbolçunun adı UEFA-ya göndərin yekun siyahıda yer almadı ● "Mingəçevir Reqatası-2026": Millimiz 22 medal qazanıb ● "Gəncəbasar"ın "Kəpəz"lə yoxlama matçının vaxtı dəyişdirilib ● Azərbaycan Basketbol Liqası: Qalib kluba əlavə mükafat veriləcək ● Daha bir azərbaycanlı hakim DÇ-nin əsas mərhələ matçına təyinat alıb ● Dünya Kubokuna start verildi ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz Kilmarnokda Şotlandiya seçməsi ilə üz-üzə gəlib ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ● Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib ● “Neftçi” Avropa Kubokunun əsas mərhələsində ● ABL-də yeni mövsümə start verilib ● Yığmamızın rəqibləri bəlli oldu ● "Mingəçevir Reqatası-2026"nın 2-ci günündə idmançılarımızdan 7 medal ● "Çox hücum etməli, dominant oyun sərgiləməliyik" ● "Üzərimizdə məsuliyyət var" ● Lixtenşteynin baş məşqçisi: “Azərbaycan favoritdir” ● Stolüstü tennisçilərimiz Gürcüstanda 5 bürünc medal qazandılar ● Beynəlxalq Autizm Mərkəzinin şagirdləri "Neftçi"nin qonağı olublar ●

Ülviyyə Musayeva dünya çempionu olmaqla tarixə düşdü

Bölmə adı Güləş
Yayımlandı 26-09-2025, 11:26

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçirilib.

Sport1.az xəbər verir ki, 26 ölkədən 170 idmançının qatıldığı mötəbər yarışda Azərbaycanı baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 10 güləşçi təmsil edib. İdmançılarımızdan Ülviyyə Musayeva (55 kq) yarımfinalda Polşa, finalda isə Yaponiya güləşçisinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da o, çimərlik güləşində qızlar arasında ilk dünya çempionumuz kimi adını tarixə yazdırıb. Nihad Süleymanlı (80 kq) da eyni uğura imza atıb.

Yarımfinalda İran, finalda Gürcüstan təmsilçisinə qalib gələn həmyerlimiz qızıl medalı boynundan asıb. Elgün Kərimli (90 kq) üçüncü yer uğrunda görüşdə moldovalı həmkarı üzərində 5:0 hesablı qələbə qazanaraq dünya üçüncüsü olub. Rəşad Əliyev (70 kq) isə bürünc medal duelində Gürcüstan güləşçisinə məğlub olaraq 4-cü yerlə kifayətlənib. Beləliklə, oğlanlardan ibarət komanda 62 xal toplayaraq dünya üçüncüsü olub. Cəmi 2 qızdan ibarət heyət isə 25 xalla Moldova və Puerto-Riko ilə 4-6-cı yerləri bölüşüb. DÇ-də ədaləti I-S dərəcəli hakim Sədi Quliyev qoruyub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR