son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"də yeni sponsor ● "Murov Az Terminal" Azərbaycanlı oyunçu ilə müqavilə imzaladı ● Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Millimiz bu dəfə Kosovoya uduzdu ● Premyer Liqa klublarının yay transferləri ● "Qarabağ" "Zirə" ilə qarşılaşacaq ● "Neftçi" yoxlama matçına çıxacaq ● "Lənkəran" komandası yenidən Region Liqasında çıxış edəcək ● Millimiz Qubaya yollanıb ● Azərbaycan Basketbol Liqası: İki qarşılaşma buna görə təxirə salınıb ● Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir ● "Turan" "Fənərbağça"ya qarşı ● "Sumqayıt"dan nəcib addım ● Yeddi futbolçunun adı UEFA-ya göndərilən siyahıda yer almadı ● "Mingəçevir Reqatası-2026": Millimiz 22 medal qazanıb ● "Gəncəbasar"ın "Kəpəz"lə yoxlama matçının vaxtı dəyişdirilib ● Azərbaycan Basketbol Liqası: Qalib kluba əlavə mükafat veriləcək ● Daha bir azərbaycanlı hakim DÇ-nin əsas mərhələ matçına təyinat alıb ● Dünya Kubokuna start verildi ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Millimiz Kilmarnokda Şotlandiya seçməsini uduzub ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ● Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib ● “Neftçi” Avropa Kubokunun əsas mərhələsində ●

Gəncə futbolu üçün SOS! – Ayılmaq vaxtıdır! - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 24-09-2025, 16:34

Gəncə - Azərbaycan futbolunun beşiyi hesab olunur.

Lakin son illər ölkənin ikinci ən böyük şəhərinin komandasının ətrafında söz-söhbətlər səngimək bilmir. Dövlət tərəfindən Gəncədə möhtəşəm stadion tikildi. Bura III MDB oyunlarından sonra “Kəpəz”in ixtiyarına veriləcək. Klub üçün yaxşı-pis sponsor tapılıb. “Unibank” Gəncə təmsilçisinə az da olsa, maliyyə ayırıb. Amma işlər qaydasında getmir.

Premyer Liqa 5 turdur ki, başlayıb. “Dağlılar”ın qələbəsi yoxdur. Bu səbəbdən də baş məşqçi Adil Şükürovla yollar ayrıldı. Məşqçi demişkən...

Adil Şükürov “Qəbələ”yə məğlubiyyətdən sonra qaçaraq gəncəli azarkeşlərin yer aldığı tribunaya doğru yönəldi. “Yəqin ki, uduzduqları üçün fanatlardan üzr istəyəcək”, -deyə düşündüm. Amma məşqçinin fikri başqa imiş. O, azarkeşlə “razborka” çürütməyə üstünlük verdi. Böyük biabırçılıq yaşandı. Adil Şükürovun eybi qəbahətindən daha böyük idi. Yəqin ki, etdiyi hərəkətin, dediyi sözün səhv olduğunu artıq anlayıb.

Amma məsələni dərindən düşünmək lazımdır. Axı Adil Şükürovun “Kəpəz”də nə işi var idi? Uğursuzluğa görə, komandadan göndərilən biri yenidən niyə qayıtdı? Bu, “Kəpəz” rəhbərliyinin böyük səhvi idi. Anladılar, amma gec oldu.

Bundan sonra nə etmək olar? Tez zamanda yeni baş məşqçi təyinatını həyata keçirmək lazımdır. Klub rəhbərliyi bu məsələdə vaxt itirməməlidir. Bundan əlavə, ehtiyatlı olmalıdırlar. Gəncəli azarkeşlərə hörmət edən, komandanı Premyer Liqa saxlamağı bacaracaq mütəxəssis tapmalıdırlar.

Əslində bu məsləhətləri “Kəpəz” rəhbərliyinə biz verməməliyik. Onlar əvvəlcə özləri peşəkar olmalıdır. Ayılmaq vaxtıdır, cənablar! Ölkənin ən köklü komandalarından biri Premyer Liqadan düşür!

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR