son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"də yeni sponsor ● "Murov Az Terminal" Azərbaycanlı oyunçu ilə müqavilə imzaladı ● Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Millimiz bu dəfə Kosovoya uduzdu ● Premyer Liqa klublarının yay transferləri ● "Qarabağ" "Zirə" ilə qarşılaşacaq ● "Neftçi" yoxlama matçına çıxacaq ● "Lənkəran" komandası yenidən Region Liqasında çıxış edəcək ● Millimiz Qubaya yollanıb ● Azərbaycan Basketbol Liqası: İki qarşılaşma buna görə təxirə salınıb ● Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir ● "Turan" "Fənərbağça"ya qarşı ● "Sumqayıt"dan nəcib addım ● Yeddi futbolçunun adı UEFA-ya göndərilən siyahıda yer almadı ● "Mingəçevir Reqatası-2026": Millimiz 22 medal qazanıb ● "Gəncəbasar"ın "Kəpəz"lə yoxlama matçının vaxtı dəyişdirilib ● Azərbaycan Basketbol Liqası: Qalib kluba əlavə mükafat veriləcək ● Daha bir azərbaycanlı hakim DÇ-nin əsas mərhələ matçına təyinat alıb ● Dünya Kubokuna start verildi ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Millimiz Kilmarnokda Şotlandiya seçməsini uduzub ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ● Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib ● “Neftçi” Avropa Kubokunun əsas mərhələsində ●

"Azərbaycana gəlməyi səbirsizliklə gözləyirdik" - Rusiya millisinin baş məşqçisi

Bölmə adı Digər
Yayımlandı 24-09-2025, 15:25

Bu gün Rusiya stolüstü tennis yığması MDB ölkələrinin III Oyunlarında iştirak etmək üçün Rusiya nümayəndə heyətinin tərkibində Azərbaycana gəlib.

Sport1.az xəbər verir ki, heyəti Gəncə Beynəlxalq Hava Limanında III MDB Oyunlarının Təşkilat Komitəsinin üzvləri və KİV nümayəndələri qarşılayıblar.

Jurnalistlərə açıqlamasında Rusiya qadın stolüstü tennis komandasının məşqçisi Sergey Brusin qarşıdakı turnirdən gözləntilərini bölüşüb:

“Qonaqpərvər Azərbaycana gəlməyi səbirsizliklə gözləyirdik. Moskva vilayətində yerləşən Bronnitsı şəhərində turnirə hazırlıq keçmişik. Uğurlu nəticə əldə etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Qeyd edək ki, stolüstü tennis yarışları Qəbələ şəhərindəki Olimpiya İdman Kompleksində keçiriləcək.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda baş tutacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR