Azərbaycan / Premyer Liqa
20:50
15.09.2025
304
Fransa millisinin və “Barselona”nın sabiq müdafiəçisi Samuel Umtiti 31 yaşında peşəkar karyerasını bitirmək qərarına gəlib.
Sport1.az xəbər verir ki, dizində yaranan zədələrə görə futbolu buraxan fransalı futbolçu vida mesajı verib:
“Enişli yoxuşlu bir karyeradan sonra vidalaşmağın vaxtı gəlib çatdı. Olduğum yerdən asılı olmayaraq hər zaman özümü komandama həsr etdim və bundan peşman deyiləm. Bir yerdə çalışdığım bütün klublara və məşqçilərə öz minnətdarlığımı bildirirəm”.