son dəqiqə SON DƏQİQƏ
Martin Zlomisliçə yığmadan dəvət ● Millimiz Gürcüstanda 5-ci oldu ● FİFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksində olub ● Haiti U-15 millimizi darmadağın etdi ● Voleybol üzrə Super Liqa: 2-ci turun oyunlarının vaxtı açıqlanıb ● "DH Volley" mübarizəyə başlayır ● Ne-vaza üzrə ACF Kuboku: Bakıda keçirilən turnirin qalibləri bəlli olub ● "Böyük Dəbilqə": Azərbaycanı Əbu-Dabidə 11 cüdoçu təmsil edəcək ● "Qarabağ"ın "Dinamo" ilə matçının biletləri 3 manatdan satışa çıxarılıb ● "Kəpəz" klubunun fan-şopu fəaliyyətə başladı ● I Liqa klubunda yeni baş məşqçi ● U-19 Dünya Çempionatı: Yığmamızın üzvləri Budvada 2 medal qazandılar ● Karateçilərimizdən bir dəst medal ● Tunar Bağırovdan bürünc medal ● "Turan"ın cavab oyununu canlı yayımlayacaq kanal bəlli oldu ● "Zirə" böyük klubdur, yaxşı komandadır, əla heyəti var" ● Sualı bəyənməyən Emil Balayev müsahibəni yarımçıq dayandırdı ● "Neftçi"nin futbolçusu Qustavo Klismanın azarkeşlərdən xahişi var ● "Mingəçevir" borc bataqlığında, Region Liqasında yeni qaydalar ● Günün oyunları: ● Azərbaycan Kuboku: Yarışın 2-ci təsnifat mərhələsinin təyinatları ● Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi yubiley matçına çıxdı ● "Sabah" tarixi rekordu təkrarladı ● Millimiz İsraili məğlub etdi ● "Turan Tovuz" üçün əlamətdar matç ● "İmişli"dən yubiley qələbəsi ● "Zirə"nin hücumçusu ölkə çempionatları tarixinə düşdü ● "Araz-Naxçıvan"ın Çempionlar Liqası qarşılaşmasının hakim təyinatları ●

Santuşun Azərbaycana vida mesajı

Bölmə adı Milli
Yayımlandı 8-09-2025, 17:08

Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrılan Fernando Santuş vida mesajı paylaşıb.

Sport1.az xəbər verir ki, mesaj Portuqaliyanın “A Bola” nəşrində yayılıb.

F.Santuş bildirib: “Federasiya Prezidentinə mənə hər zaman göstərdiyi hörmət və şəxsi diqqətə görə təşəkkür etməliyəm. Həmçinin bu müddət ərzində mənə göstərilən qonaqpərvərliyə və səmimiyyətə görə Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Azərbaycan Futbol Federasiyasının 2024-cü ilin iyununda mənim qarşımda qoyduğu məqsəd ölkə futbolunun əsaslarını texniki və infrastruktur baxımından yenidən qurmaq, yarış sistemlərini və futbolçu hazırlığını inkişaf etdirmək, nəticədə isə AVRO-2028-in seçmə mərhələsi üçün rəqabətədavamlı bir komanda formalaşdırmaq idi. Mən 2024-cü ilin sentyabrında əvvəl çalışdığım federasiyalarda hazırladığım layihələrə bənzər, lakin uyğunlaşdırılmış geniş bir plan təqdim etdim. Ümid edirəm ki, bu layihə AFFA üçün faydalı olacaq və gələcəkdə daha yaxşı nəticələrə imkan verəcək futbol istedadlarının yetişdirilməsi üçün zəruri sərmayəni təşviq edəcək. Hamıya ən səmimi arzularımı çatdırıram”.

Xatlrladaq ki, bu gün AFFA Fernandu Santuşu istefaya göndərib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR