10:11 20.08.2025 199

Azarkeşlərin fitə basdığı futbolçu “Turan Tovuz”a qələbə qazandırdı - REPORTAJ

Premyer Liqanın ilk turunda "İmişli" Şamaxı şəhər stadionunda "Turan Tovuz"u qəbul etdi.

Hər iki tərəfin azarkeşləri bu oyuna xüsusi maraq qatırdı. Səfər matçı olmasına baxmayaraq çoxlu sayda tovuzlu fanat komandalarını dəstəkləmək üçün arenaya toplaşmışdı.

Jorj Kaskilya komandasını meydana 5-4-1 taktikasından istifadə edirdi. Kurban Berdiyev isə 5-4-1 sxemindən yararlandı. Oyuna Premyer Liqa təcrübəsi daha çox olan qonaqlar daha fəal başladı. “İmişli” ilk yarıda sadəcə müdafiə olunurdu. Yeni formalaşan komandanın futbolçularının meydanda anlaşa bilmədiyi açıq-aşkar görsənirdi. “Pambıqçılar” hücum qura bilmirdilər. Təsadüfi deyil ki, Aran təmsilçisinin ilk hissədə qapı istiqamətində zərbəsi olmadı.

“Turan Tovuz” isə əlinə düşən fürsətləri sağa-sola xərcləyirdi. Kurban Berdiyevin komandasında çatışmazlıqlar rahat şəkildə görsənirdi. Qərb təmsilçisi hücumlarını keyfiyyətli şəkildə qura bilmirdi. Bu da oyunçuların boş yerə güc xərcləməsinə səbəb olurdu.
Fasilədən sonra “İmişli” daha fəal oyun sərgiləməyə başladı. Jorj Kaskilyanın komandası artıq hücum qura bilir, hətta qapıya zərbə də endirmişdi. Juninyo bir epizodda dəqiq oynasaydı, bəlkə də imişlililər oyundan 3 xalla ayrılacaqdılar. Amma bu, baş vermədi.

Oyundakı maraqlı məqamlardan biri tovuzluların meydana sonradan daxil olan Veysəl Rzayevi görüş bitənə kimi fitə basması oldu. Yadınızdadırsa, ötən mövsüm futbolçu ilə azarkeşlər arasında insident yaşanmışdı. Görünür, fanatlar hələ də Veysəli bağışlamayıblar.

90-cı dəqiqədə "İmişli"nin qapıçısı Andrey Sinenkonun müdafiəçi Dieqo Rollo ilə toqquşaraq ciddi zədə aldı. Oyuna davam edə bilməyən qolkiperi Hüseynəli Quliyev əvəzlədi.

Görüşün son dəqiqələrində “Turan Tovuz” istəyinə çatdı. Allahın işinə bax! Veysəl Rzayevin sol cinahdan ötürməsini Roberto Olabe baş zərbəsi ilə rəqibin qapısından keçirdi – 0:1.

Bu oyun göstərdi ki, “İmişli”nin vəziyyəti hamının dediyi kimi acınacaqlı deyil. Komandada futbol oynamağı bacaran yaxşı futbolçular çoxdur. Bu kollektiv bu mövsüm çoxlarına başağrı olacaq.

“Turan Tovuz” çempionluğa oynayırsa, işi çətin olacaq. Bu heyətlə, belə oyun tərzi ilə nəsə etmək mümkün deyil.

Misli Premyer Liqası

1-ci dövrə, 1-ci tur

"İmişli" - "Turan Tovuz" 0:1

16 avqust 2025. Saat 17:00. Şamaxı şəhər stadionu, 1900 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vüsal Məmmədov
Dördüncü hakim: Cavid Cəlilov
VAR hakimi: Tural Qurbanov
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Dioqo Rollo, 12 (qeyri-idman hərəkəti); Yau Moses, 38 (qeyri-idman
hərəkəti) // Ayxan Hüseynov, 37 (qeyri-idman hərəkəti); Abdulla Rzayev, 44 (qeyri-
idman hərəkəti); Roberto Olabe, 67 (qeyri-idman hərəkəti)
Qol: Roberto Olabe, 90+9
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.
Heyətlər:

“İmişli”: 33. Andrey Sinenka (1. Hüseynəli Quliyev, 90+6), 19. Azər Salahlı (k), 11. Vüsal Qənbərov (10. Nikola Karaklaiç, 80), 3. Tuncay Cəfərli, 94. Rafael Vieqas, 14. Ronaldo Rodriqes, 6. Yau Moses (21. Abbas Ağazadə, 73), 9. Dioqo Almeyda (97. Xəzər Mahmudov, 90+6), 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Junior(44. Həzrət İsayev, 90+6)

Ehtiyat oyunçular: 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 22. İbrahim Əliyev, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 27. Lətif Rzayev, 30. Xəlil Mürsəlli

Baş məşqçi: Jorj Kaskilya

“Turan Tovuz”: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov (23. Alexandro Serrano, 80), 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov(29. Filip Ozobiç, 65), 2. Abdulla Rzayev (77. Veysəl Rzayev, 65), 5. Roderik Miller, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 19. Roberto Olabe, 21. Aleks Souza (99. Vadji İbrahima, 65)

Ehtiyat oyunçular: 41. Sergey Samok, 4. Şəhriyar Əliyev, 6. Fərid Yusifli, 44. Rüfət Əhmədov

Baş məşqçi: Kurban Berdiyev

XƏLİL İBADLI
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

15:45

Bölgə klubunda ayrılıq

15:28

Müqavilələrlə bağlı yeni tələb

15:05

Martinesin durumuna aydınlıq gəldi

14:50

Boş tribunalara görə tənqid

14:30

PSJ-nin satmaq istədiyi futbolçu

14:04

"Qalatasaray" PSJ-nin futbolçusu üçün hərəkətə keçdi

13:49

Məşhur futbolçunun oğlu "Liverpul"la müqavilə bağladı

13:25

"Sumqayıt"ın futbolçusu uzun müddət sıradan çıxdı

13:03

FIFA-dan milliyə qadağa

12:48

Koreyalı futbolçu üçün danışıqlar başladı

12:19

"Şəfa"dan növbəti transfer - RƏSMİ

12:02

Dünya çempionatının ən yaxşı futbolçuları - SİYAHI

11:51

"Yuventus" qapıçı axtarışında

11:24

Tarixin dördüncüsü

11:01

DÇ-2026: Ev sahibi Bosniya və Herseqovinaya qarşı

10:48

İlk oyunların ən yaxşı futbolçuları

10:30

İrandan qaçan futbolçu Azərbaycanda oynayacaq?

10:05

"Çelsi"dən ayrılır

09:50

Mundiallar tarixinin ən yaşlı baş məşqçisi oldu

09:29

DÇ-2026: Açılış oyununda bədbəxt hadisə

09:00

Cənubi Koreyadan qələbə

01:05

DÇ-2026: Ev sahibi açılış matçını qalib başa vurdu

23:58

DÇ-2026: Argentina millisinin heyətində dəyişiklik

23:27

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

22:57

“Benfika”nın hücumçusu Türkiyə yolunda

22:24

Mourinyo yenidən “Real”da - RƏSMİ

21:47

DÇ-2026: Açılış mərasimi başlayıb

21:37

Millimizin üzvü dünya reytinqinin zirvəsində

20:58

Premyer Liqaya yüksəldi - LOQOSUNU DƏYİŞDİ

20:38

I Liqa klubunda yeni müqavilə

20:23

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

19:58

Millilərimizin rəqibləri bəlli oldu

19:27

“Lill”in futbolçusu “Sabah”da - RƏSMİ

19:04

“Sabah”dan “Zirə”yə - RƏSMİ

18:54

“Şamaxı”dan növbəti transfer - RƏSMİ

18:15

Daha bir klub avrokubok oyunlarını Sumqayıtda keçirəcək - ÖZƏL

18:00

Bundesliqa təmsilçisindən transfer

17:32

İran mundial oyunlarını boykot edə bilər

17:31

"Qarabağ"da İdarə Heyətinin iclası keçirildi

17:07

Premyer Liqaya yüksələn klub baş məşqçini göndərdi

16:48

Ölkə çempionatı keçiriləcək

16:29

"Mançester Siti" sabiq futbolçusunu istəyir

16:12

"Karvan-Yevlax"da daha iki ayrılıq

16:06

Premyer Liqa klubu cərimələndi

15:45

"Beşiktaş"dan 9 milyonluq təklif

15:23

Klub tarixinin ən bahalı transferi

15:05

"Sabah"ın futbolçusu əməliyyat olundu

15:01

Millimiz FIFA reytinqində gerilədi

14:34

Mundialın tarixinə düşməyə hazırlaşırlar

14:04

PSJ ulduz futbolçunu heyətinə qatmağa çalışır

13:50

Elitaya yüksələn klub alban məşqçi gətirdi

13:30

Klub sahibinə sərt cəza

13:05

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

12:38

70 milyon avroluq tələb

12:19

Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

12:02

Beynəlxalq transfer qaydalarında dəyişiklik

11:47

Mbappe tənqid hədəfinə çevrildi

11:30

Kasilyas sabiq klubunu məhkəməyə verdi

11:11

Tevesi Sampaoli əvəzlədi

10:49

"Zirə"də beş müqavilə

10:30

Baş məşqçi ilə yeni müqavilə

10:10

"Real"ın sabiq baş məşqçisi hansı klubla danışıq aparır?

09:50

FİFA-ya qarşı araşdırma

09:29

18 yaşlı hücumçu "Barselona"da

09:01

Dünya çempionatı start götürür

00:47

Sabiq “Fənərbaxça”lı “Şaxtyor”da

23:53

Kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib

23:24

“Şamaxı”dan növbəti transfer

22:56

Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib

22:40

Lənkəranda güləş festivalı baş tutub