son dəqiqə SON DƏQİQƏ
Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Araz-Naxçıvan" "Neftçi"yə qarşı, "Şamaxı" "Turan Tovuz" səfərində - "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal "Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil" Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib” Zaur Həşimov: “Yeni transfer planlaşdırılmır” Güləşçimiz Dünya Çempionatının finalında Zirədə heyətlər bəlli oldu Kanoeçimiz Polşada keçiriləcək Dünya Çempionatında iştirak edəcək “Leypsiq”dən “Atalanta”ya “Qəbələ” - “Şəfa”: Dünya Çempionatında 4 cüdoçumuzun rəqibləri bəlli oldu “Gəncə”dən yeni transfer “Sevilya” gürcü futbolçunu transfer etdi

Hakman "Turan Tovuz"un "Qarabağ" və "Araz-Naxçıvan"dan asılı olmasını istəmir - MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 13-04-2025, 12:54

Misli Premyer Liqasının 30-cu turunda "Turan Tovuz" "Sabah"ı 2:1 hesabı ilə məğlub etdi.

Sport1.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin üzvü Emmanuel Hakman jurnalistlərin suallarını cavablandırdı...

- Çətin görüşdə qələbə qazandınız. Qarşılaşma ilə bağlı nə deyə bilərsən?
- Oyuna yaxşı başlamadıq və qol buraxdıq. Bundan sonra isə toparlanmağa başladıq, daha çox hücumlar etdik. Amma alınmadı. İkinci hissədə isə 2 dəqiqə ərzində 2 qol vuraraq, istədiyimizə nail olduq və qalib gəldik.

Kurban Berdıyevin qırmızı vərəqə ilə cəzalandırılması komandanın oyununa necə təsir etdi?
– Belə situasiyaya alışmamışdıq. O, həmişə məşqçilərə ayrılan xəttin yanında olub və bizə öz tapşırıqlarını verib. Onun “qırmızı” alması isə bizi daha da aqressivləşdirdi. Buna görə də onun üçün vuruşduq ki, qələbə qazanaq və qalib də gəldik.

Avrokuboklara yollanmaq üçün çempionatda ilk “3-lüy”ə düşməyiniz daha realdır yoxsa “Qarabağ” və ya “Araz-Naxçıvan”ın kuboku qazanması?
– Biz “Qarabağ” və ya “Araz-Naxçıvan”dan asılı olmaq istəmirik. Ona görə də kubokun nəticəsi barədə düşünmürük. Sona qədər mübarizə aparmaq istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik ki, Konfrans Liqasının təsnifat mərhələsinə düşək.

– “Turan Tovuz”la müqaviləni yeniləyəcəksən? Rəhbərlikdən hər hansı təklif olub?
– Müqaviləm mövsümün sonunda bitir. İndi heç nə deyə bilmərəm. Bu haqda heç nə düşünmürəm. Mən getmək istəmirəm. Rəhbərlikdən hələ ki, heç bir təklif olmayıb.

Çempionatda 5 oyun idi ki, qələbə qazana bilmirdiz. Əsas rəqibinizə qarşı qalib gəlməyiniz bundan sonrakı oyunlarınıza təsir edəcək?
– Bəli. Bu qələbə bizim üçün çox vacib idi. Bundan sonra daha çox motivasiyalı olacağıq ki, mövsümün sonunda istədiyimizə nail olaq.

Rəqib azlıqda qalmasaydı, qalib gəlməyiniz mümkün görünmürdü…
– Bəli. Amma inanıram ki, biz döyüşəcəkdik və qələbə üçün əlimizdən gələni edəcəkdik. Rəqibin azlıqda qalıb-qalmamasından asılı olmayaraq sona qədər mübarizəmizi aparacaqdıq.

Say baxımından üstün olsaz da “Sabah” 2-3 real qol imkanı yaratdı və sən həmin məqamlarda komanda yoldaşlarına əsəbiləşdin. Bu qədər təzyiq altında olmağınıza nə səbəb oldu?
– Futbolda belə şeylər olur. Rəqib 10 nəfərlə qaldığına və hesabda geridə olduqlarına görə daha çox hücuma atılırdı. Biz isə daha çox topa nəzarət etmək istəyirdik. Bəzi məqamlarda bunu bacara bilmədiyimizə görə aqressivləşirdim.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR