son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

Gimnastımız karyerasını bitirdi

Bölmə adı Digər
Yayımlandı 18-03-2025, 15:35

Azərbaycanlı gimnast Arzu Cəlilova peşəkar idmandan getdiyini açıqlayıb.

Sport1.az xəbər verir ki, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı karyerasını başa vurmasından danışıb.

O, sosial şəbəkə hesabında belə yazıb: “Bu sondur... və yeni başlanğıcdır. Belə post yazacağımı heç vaxt düşünməmişdim. Uzun illər həyatımın bir parçası ilə vidalaşmaq üçün söz tapmalı olacağım ağlımdan belə keçmirdi".

Cəlilova hər şeyin 2022-ci ildə dəyişdiyini vurğulayıb: "Zədə iki illik ağrılara, əməliyyatlara və qoltuq ağaclarına səbəb oldu. Günlər həftələrə, həftələr aylara, aylar isə illərə çevrildi. Geri qayıtmaq üçün mübarizə apardım. 2023-cü ildə qayıtmağa çalışdım, amma bədənim hazır deyildi. Sonra 2024-cü ildə yenidən cəhd etdim. Bir anlıq həqiqətən inandım ki, bu dəfə biz bunu bacardıq. Bu dəfə qalib gəldim. Ancaq bəzən nə qədər güclü olsanız da, bəzi şeylər sizin nəzarətinizdən kənarda olur. İndi isə bütün bunlardan sonra ən çətin qərarı verməliyəm - gimnastikadan rəsmən ayrılıram".

O, idmançı karyerasının bu şəkildə bitməsini istəmədiyini deyib: "Amma bilirəm ki, idmana hər şeyimi vermişəm. Heç nəyə peşman deyiləm. Hər an, hər yıxılma, hər qələbə üçün minnətdaram. İlk məşqçimdən sonuncuya kimi məni bu yolda yönləndirən hər kəsə minnətdaram. Siz hamınız məni bu gün olduğum kimi formalaşdırdınız.
Gimnastika həmişə mənim bir hissəm olacaq. O məni bir insan kimi formalaşdırıb. Həyatımın bu fəsli bitmək üzrə olsa da, bilirəm ki, məni qarşıda yeniliklər gözləyir”.[s][/s]

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR