Azərbaycanda daha bir futbol klubu faəliyyətə başlayıb.
2018-ci ildə yaradılan “Ağsu Siti” 2022/23 mövsümündə fəaliyyətini dayandırsa da, indi Region Liqasında rayonu təmsil etmək üçün hazırlıqlara başlayıb.Sport1.az xəbər verir ki, klub rəhbərliyi bildirib ki, böyüklərdən ibarət komanda əvvəlki illərdən daha iddialı və daha mükəmməl şəkildə çempionata tam hazırdır. Bu mövsüm əsas məqsəd Region Liqasında Ağsu rayonunu layiqincə təmsil etməkdir.
Qeyd edək ki, “Ağsu Siti” 2018/19 mövsümündə zona üzrə 2-ci yer tutaraq 1/8 finala qədər irəliləyib. 2019/20, 2020/21 və 2021/22 mövsümlərində isə ardıcıl olaraq zona çempionu olub və 1/4 final mərhələsinə qədər yüksəlib. Pandemiya səbəbindən 2020/21 mövsümü yarımçıq qalıb.
NİHAT KƏRİMLİ