son dəqiqə SON DƏQİQƏ
"Zirə"nin futbolçusu bölgə klubunda "Sabah" İngiltərə klubuna məğlub oldu 2 məşhur hakimimiz UEFA-nın seminarında iştirak edib Bölgə təmsilçisi "Sabah"ın futbolçusunu icarəyə götürdü Toral Bayramovun komandasından darmadağın Serbiyalı mütəxəssis Azərbaycan klubunda çalışacaq Mahir qol vurdu, komandası uduzdu "Mançester Yunayted"in rəsmi saytı "Sabah"la oyun haqda bunları yazdı "Şahdağ Qusar" mövsümə qələbə ilə başladı "Səbail" "Xankəndi" ilə bacarmadı "Kəpəz" növbəti rekordu hədəfləyir Azərbaycanlı Dünya Kubokunun qalibi oldu "Kəpəz" bir ailədir" "Zirə" bu futbolçu ilə 3 illik müqavilə imzaladı Azarkeşləri "Sumqayıt"ı ziyana saldı Azərbaycanlı cüdoçu ikiqat Avropa çempionu oldu Mingəçevirdə Azərbaycan Çempionatının qalibləri bəlli oldu Cüdoçumuz Avropa çempionu oldu "Sumqayıt" futbolçusunu bölgə klubuna icarəyə verdi "Karvan-Yevlax"dan darmadağın, "Şahdağ Qusar"dan qələbə Bu rayonda yeni futbol klubu yaradıldı Azərbaycanlı xanım Avropa Çempionatında bu işə nəzarət edəcək Azərbaycan boksçuları Türkiyə və Belarus milliləri ilə birgə hazırlıq keçəcək Premyer Liqa klublarının yay transferləri "Zirə"dən daha bir transfer AÇ: 2 cüdoçumuz finalda, Xədicə təsəlliverici görüşə çıxacaq Millimizin oyunlarının "Neftçi" futbolçusuna və azarkeşlərə görə 2500 manat

Azərbaycanda futbol akademiyası fəaliyyətini məhdudlaşdırdı

Bölmə adı Azərbaycan / Manşet
Yayımlandı 3-07-2025, 15:10

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılır.

Sport1.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, buna maliyyə çətinlikləri səbəb olub:

"2005-ci ildən etibarən fəaliyyət göstərən Qəbələ Futbol Akademiyası, ötən 20 il ərzində ölkə futboluna yüzlərlə istedadlı gənc futbolçu qazandırıb, onlarla oyunçunun müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarına yüksəlməsində mühüm rol oynamışdı. Bu illər ərzində akademiyamız ölkəmizdə gənclər futbolunun inkişafına, bölgələrdə istedadların üzə çıxarılmasına və onların peşəkar futbol mühitinə inteqrasiyasına töhfə verib. Lakin təəssüf hissi ilə bildirmək istəyirik ki, hazırkı maliyyə çətinlikləri səbəbindən "Qəbələ2 Futbol Akademiyasının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılır. Ötən mövsümdən başlayan maliyyə problemlərini aradan qaldırmaq üçün apardığımız hərtərəfli fəaliyyət, ayrılan maddi yardımlar, bunlarla yanaşı əməkdaşlarımızın uzun müddətdir göstərdiyi fədakarlıq tam güclə fəaliyyət göstərməyə, təəssüf ki kifayət etmir".

Qərarın klubun üçün asan olmadığı diqqətə çatdırılıb:

"Klub olaraq məqsədimiz, gələcəkdə yenidən stabil maliyyə mühiti formalaşdıraraq akademiya fəaliyyətini daha güclü şəkildə bərpa etmək və gənc futbolçular üçün inkişaf imkanlarını genişləndirməkdir. Akademiyamızda illər ərzində zəhmət göstərmiş bütün məşqçilərə, işçilərə və xüsusilə də valideynlərin etimad göstərərək bizə əmanət etdikləri bütün gənc futbolçulara dərin təşəkkürümüzü bildiririk. "Qəbələ" Futbol Klubu olaraq, Azərbaycan futboluna xidmət missiyamız bundan sonra da davam edəcək".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR