son dəqiqə SON DƏQİQƏ
Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub “Aznur” Çempionlar Liqasında mübarizəni dayandırıb Millimizin heyəti açıqlanıb AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək II Liqada 5-ci turun hakim təyinatları "Landau Lions"da yeni təyinat Millimiz Litvaya yollandı Çimərlik güləşində həlledici sınaq "Sumqayıt"dan növbəti transfer "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ABŞ-li oyunçu Azərbaycan klubunda "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" Premyer Liqa klublarının yay transferləri PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək Azərbaycan millisi Avropa Çempionatında rekord vurub U-16 millimizin heyəti açıqlandı ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu "Qəbələ" yoxlama matçlarına çıxacaq "Sabah"dan növbəti təqdirəlayiq addım "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" Günün oyunları: "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" "Neftçi" veteran futbolçu İsgəndər Cavadovu təbrik etdi Azərbaycanın voleybol klubu heyətinə legioner oyunçu cəlb etdi

Boks üzrə zona birinciliyinin final mərhələsi açılış mərasimi keçirilib

Bölmə adı Digər
Yayımlandı 22-04-2025, 18:06

Boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi açılış mərasimi keçirilib.

Sport1.az xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Mərasimdə çıxış edən Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov bildirib ki, Lənkəran və Şəkidə keçirilən zona birinciliklərinin ən güclüləri final mərhələsində mübarizə aparacaq. O, son illərdə Azərbaycan millilərinin beynəlxalq arenalarda uğurlu çıxışını qeyd edərək, məktəbli boksçulara da gələcəkdə titullarla zəngin karyera arzulayıb.

Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov isə final mərhələsinin nəticəsinə əsasən millinin heyətinin formalaşacağını, onların Avropa birinciliyində ölkəmizi təmsil edəcəyini deyib. O, həmçinin yarışın əhəmiyyətindən də söz açıb.

Qeyd edək ki, yarışda 50 komandanın 153 boksçusu gücünü yoxlayacaq. Final mərhələsi aprelin 26-da başa çatacaq. Final mərhələsi çərçivəsində, həmçinin qız boksçuların da seçim turniri olacaq. Mübarizəyə 30 idmançı qoşulacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR