son dəqiqə SON DƏQİQƏ

"Mançester Siti" Donnarumma ilə razılaşdı

Bölmə adı İngiltərə
Yayımlandı 24-08-2025, 16:49

Ötən gün komandanın azarkeşləri ilə vidalaşan PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını İngiltərədə davam etdirəcək.

Sport1.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O, İtaliya millisinin qolkiperinin "Mançester Siti"yə keçəcəyini bildirib. Futbolçu "şəhərlilər"lə uzunmüddətli müqavilə imzalayacaq.

Qeyd edək ki, 26 yaşlı qolkiper 2021-ci ildən PSJ-də çıxış edir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR