“Mançester Siti”nin futbolçusu Savinyo klubunu dəyişə bilər.
Sport1.az xəbər verir ki, “Tottenhem” braziliyalı vingerin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
“Tottenhem” 21 yaşlı oyunçu üçün “Mançester Siti”yə 70 milyon avro təklif etməyə hazırlaşır.
Savinyo ötən mövsümdə Premyer Liqada 29 oyunda 1 qol vurub, 8 məhsuldar ötürmə edib.