“Arsenal” “Old Trafford”da qələbə qazandı

Bölmə adı İngiltərə
Yayımlandı 17-08-2025, 23:48

İngiltərə Premyer Liqasının 1-ci turunda “Mançester Yunayted” öz meydanında “Arsenal”ı qəbul edib.

Sport1.az xəbər verir ki, görüş "topçular"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmaya baş hakim Saymon Huper rəhbərlik edib. Matçın yeganə qolunu 13-cü dəqiqədə Rikardo Kalafiori vurub.

Növbəti turda “Mançester Yunayted” avqustun 24-də səfərdə “Fulhem”lə qarşılaşacaq. “Arsenal” isə bir gün əvvəl – avqustun 23-də evdə “Lids Yunayted”i qəbul edəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR